Bakıda tikinti işləri aparılan ərazidə ölüm hadisəsi baş verib.
Bu barədə Nəsimi rayon prokurorluğundan bildirilib.
Rayon prokurorluğuna yük avtomobilinin qazıntı işləri davam etdirilən ərazidə xəndəyə düşərək ölməsi barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib.
Aparılan ilkin araşdırma zamanı müəyyən edilib ki, Bakı şəhəri, Binəqədi rayon sakini 1966-cı il təvəllüdlü Ə.Həşimov idarə etdiyi betonqarışdıran yük avtomobilinin beton gətirdiyi tikinti sahəsində 3,2 metr hündürlükdən xəndəyə aşması nəticəsində ölüb.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə müvafiq ekspertizalar təyin olunub, istintaq hərəkətləri davam etdirilir.
Bakıda betonqarışdıran maşın 3 metr hündürlükdən xəndəyə düşdü, sürücü öldü
Tarix: 02-02-2019 | Saat: 12:12
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər

2708 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 02-02-2019 | Saat: 12:12
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər

Digər xəbərlər
10-08-2018, 18:35
Trampdan Türkiyəyə qarşı yeni sanksiya — Polad və alüminium vergisi iki dəfə artırıldı
20-03-2015, 16:47
Dollar ucuzlaşır neft qalxır
10-12-2021, 11:22
"Sultan Travel"dan ilginc DƏLƏDUZLUQ - NARAZILIQ!
28-02-2016, 11:50
Tələbə qızın mənzildən meyiti tapıldı
8-12-2015, 17:48
Jurnalist adından sui-istifadə edənlər sərt cəzalanacaqlar
11-06-2016, 21:01
Dəməşqdə iki ardıcıl partlayış : 8 ölü
10-05-2016, 12:06
Rusiya: “OPEK dövrü bitdi”
6-07-2016, 14:12
Mətbəxdəki sadə vasitələrlə 5 praktik üz maskası
22-06-2017, 11:16
Cəbhə xəttində növbəti monitorinq keçiriləcək
9-11-2015, 13:20
Ruhi xəstələr: onların da hüquqları var - REPORTAJ