Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ananın sağlamlığı qızın sağlamlığına necə təsir edir? 6 FAKT
Tarix: 1-02-2019, 15:39 | Saat: 15:47:00
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

Hər bir qadın gələcəkdə mümkün olan problemlərdən qabaqcadan xəbərdar ola bilər və hətta bu problemlərin qarşısını ala bilər.Bunun üçün qadın anasına sağlamlığı ilə bağlı bir neçə sual verməlidir. Məsələ burasındadır ki, ananın sağlamlığı qızın sağlamlığına böyük təsir edir, anada olan bəzi xəstəliklərin olması qızı üçün ciddi risk faktoru sayılır.

Beləliklə, gələcəkdə mümkün olan sağlamlıq problemlərdən xəbərdar olmaq istəyirsinizsə, ananıza bu sualları verin:  
1. Menstrual dövr haqqında
Ananızda menstrual dövrlə bağlı problemlər olubsa (ağrılı menstruasiyalar, müntəzəm olmayan menstrual dövr və s.), bu problemlər sizdə də əmələ gələ bilər.
Ananıza polikistoz yumurtalıqlar sindromu, endometrioz kimi diaqnozlar  qoyulubsa, bu pozulmaların riski sizdə də yüksəkdir.
2. Hamiləlik zamanı problemlər haqqında
Anada hamiləlik zamanı hestasion diabet (hamilələrin diabeti), yüksək təzyiq, uşaqsalmalar və ya uşaqsalmaların təhlükəsi olubsa, sizi də bu təhlükələr gözləyə bilər. Bu səbəbdən hamiləlik zamanı daim həkimin nəzarətində olun.
3. Doğuş haqqında
Alimlərin müşahidələrinə görə, anaları asan doğan qadınlar özləri də doğuş zamanı adətən problemlərlə üzləşmir və asan doğur.
4. Hipertoniya və diabet haqqında
Əgər ananızda hipertoniya və diabet cavan yaşlarda inkişaf edibsə, bu çox ciddi risk faktoru sayılır. Sağlamlığınıza qarşı daim diqqətli olun, vaxtında müayinələrdən keçin, düzgün qidalanın və hərəkətli olur.
5. Süd vəzi və yumurtalıqlar xərçəngi haqqında
Bu iki xəstəlik ananızda (və ya xalanızda, bibinizdə) 40 yaşa qədər aşkar olunubsa, bu çox ciddi təhlükə sayılır və genlərdə olan müəyyən mutasiyalarla bağlıdır.
Ancelina Colini xatırlayın. Məhşur aktrisanın anası və xalası cavan yaşlarda yumurtalıqlar xərçəngindən vəfat edib. Aktrisa genetik müayinələrdən keçdikdən sonra məlum olub ki, onun genlərində də bu xəstəliklə bağlı olan mutasiya var. Risk olduqca yüksək idi və bu səbəbdən Ancelina Coli ikitərəfli mastektomiya (hər iki süd vəzinin xaric olunması) və yumurtalıqların xaric edilməsi əməliyyatlarından keçməli olub. 
6. Menopauza haqqında
Ananızda erkən menopauza olubsa, çox güman ki, bu sizi də gözləyir. Bu hamiləliyin planlaşdırmasında böyük rol oynaya bilər. Hamiləliyi sonraya saxlamayın.   
Klimaks dövründə ananızın səhhətində problemlər əmələ gəlibsə (depressiya, ürək xəstəlikləri, nevroloji pozulmalar, çəkinin kəskin artması və s.), bu problemlərin riski sizdə yüksəkdir. Profilaktik müayinələr və lazım olduqda müalicə, sizə bu problemləri həll etməyə kömək edəcək.   

2658 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___