Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Enerji içkilərinin zərəri: kimlər bu içkiləri qəbul etməməlidir?
Tarix: 31-01-2019 | Saat: 13:46
Bölmə:Karusel / Gündəm | çapa göndər

"AQTA olaraq enerji içkilərinin qəbulunu tövsiyə etmirik". 
Bu fikri jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli deyib. O, enerji içkilərinin insan orqanizminə yan təsirləri barəsində aşağıdakıları bildirib:
"Şərq ölkəsi olaraq mədəniyyətimizdə çaydan istifadə etmək kültürümüz var. Elə şəxslər var ki, gün ərzində bir neçə fincan çaydan istifadə edir. Nəzərinizə çatdırım ki, enerji içkilərinin insan orqanizminə mənfi təsiri onun tərkibindəki kofeinin miqdarından və onun orqanizmə nə qədər sürətlə daxil olmasından asıldır. Sual oluna bilər ki çayın da, qəhvənin də tərkibində kofein var. Bəs nə üçün onlara qarşı həmin məhdudlaşdırıcı tədbirlər barəsində hansısa məlumat yayılmır? Deyim ki, çay və qəhvə isti içəcəkdir. Ona görə də, onların mədədə sürətli sovrulması anı baş vermir. Enerji içkilərinin tərkibində isə yuxarı kofein göstəricisi var. Onlar bir anda bədənə sovrulur. Bu isə bədəndə yanlış olaraq oyanış hissi yaradır. Bele olan halda ürəyin beyinə qanı ötürməsi sürətlənir. Bu, süni sürətlənmədir. İnsanlara elə gəlir ki, onlar gümrahlaşırlar. Ancaq əslində isə bu, bədənin daxili enerji ehtiyatlarının süni şəkildə ortaya qoyulmasıdır ki, bu da orqanizm üçün təhdiddir. Özəlliklə də azyaşlı uşaqların, əhalinin həssas təbəqəsinin, yaşlı şəxslərin, idmanla məşqul olanların enerji içkisi qəbul etməsi zərerlidir.Soyuq çaylar da bədənə soyuq şəkildə daxil olur. Ancaq onlarda kofeinin miqdarı aşağıdır".
Q. Təhməzli söyləyib ki, bir insan gün ərzində 4 banka enerji içkisi içərsə, qəbul edilməli olan kofeinin həcmini aşmış olur: "Yəni 4 banka enerji ickisi, kofein baxımdan 40 banka soyuq çaya bərabərdir. Agentlik olaraq biz əhaliyə bu içkilərin qəbulunu tövsiyə etmirik. 18 yaşına qədər olan əhalinin bu içkiləri qəbul etməsi məhdudlaşdırılmalıdır. Mütləq enerji içkilərinin markalanması zamanı kofeinin miqdarı göstərilməlidir. Səhiyyə Nazirliyinin xəbərdarlığı da bankaların üzərində qeyd olunmalıdır".


Xəbəri paylaş

4528 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___