Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gömrükdə tutulan pulların məbləği açıqlandı
Tarix: 30-01-2019 | Saat: 10:34
Bölmə:Karusel / Gündəm | çapa göndər

2018-ci il ərzində Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən aşkar olunmuş 8925 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 332 hüquqi şəxs (o cümlədən 138 xarici hüquqi şəxs) və 8608 fiziki şəxs (o cümlədən 4036 xarici vətəndaş) inzibati məsuliyyətə cəlb edilib, göstərilən şəxslərə qarşı 881 min 959 manat cərimə tətbiq olunmaqla, dəyəri 242 min 55 manat olan mallar müsadirə edilib. 

Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Xalq qəzeti”ndəki məqaləsində bildirib.

 
“Valyuta tənzimi haqqında” Qanuna və digər qanunvericilik aktlarına əsasən, gömrük orqanları valyuta və valyuta sərvətlərinin gömrük sərhədindən keçirilməsi üzərində nəzarəti həyata keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdən 1189549 ABŞ dolları, 310207 avro, 15162 funt sterlinq, 34.865.955 rus rublu, 209998 Azərbaycan manatı, 9977 manat dəyərində 8792 qram gümüş, 1246730 manat dəyərində 2945,223 karat qiymətli daşlar, 8400 manat dəyərində 120,07 qram qızıl, 64 ədəd qızıl sikkə, 341983 manat dəyərində 1802 ədəd qızıl zinət əşyaları aşkar olunub. 


“Bundan əlavə, hesabat dövründə gömrük orqanları tərəfindən 2978 kq balıq, 2201 kq bitki toxumları və 3,427 qram (126 ədəd) çətənə bitkisinin toxumları, 51 ədəd dini kitab, 235826 manat dəyərində dərman vasitələri, 45972 manat dəyərində baytarlıq dərmanları, 1161 manat dəyərində bitki dərmanları, 10 ədəd Çində istehsal olunmuş avtoregistrator - kameralar, 13 ədəd elektroşoker, 123 ton 120 kq kimyəvi maddə, 11195 qram kürü, 6473 ədəd mobil telefon və 4124 ədəd mobil telefonların aksesuarları, 35808,5 manat dəyərində 18118 ədəd məişət texnikası və əşyaları, 131 ədəd odlu silahın patronları, 3 ədəd ov silahı, 9000 ədəd ov silahının sursat və ləvazimatları, 7.358.635 ədəd pirotexniki məmulatlar, 26 ədəd pnevmatik silah və 1161 ədəd pnevma tik silahın patronları, 125 ədəd soyuq silah, 75718 manat dəyərində tibb ləvazimatları və xeyli miqdarda digər mallar tutulub. Hesabat dövründə gömrük orqanları tərəfindən alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatlarının idxalı zamanı vergidən yayınma və aksiz markalarının tətbiqi qaydalarının pozulması hallarının qarşısının alınması üçün həyata keçirilmiş tədbirlər nəticəsində aksiz markasız və ya digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 189936,3 manat dəyərində 1.236.655 ədəd xaricdə istehsal olunan siqaret və 31777 manat dəyərində 1612,39 litr spirtli içkilər saxlanılıb”.


Xəbəri paylaş

4258 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___