Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Bakıda orta səviyyə yoxdur: ya pulun var, ya da heç yoxdur"
Tarix: 28-01-2019 | Saat: 13:48
Bölmə:Karusel / Gündəm / Maraqlı / M2 | çapa göndər

"İnter"lə müqavilə bağlayanda Azərbaycanı tanımırdım, harda yerləşdiyini bilmirdim".
Xəbəraz.Az matç.az-a istinadən xəbər verir ki, bunu "İnter"in sabiq futbolçusu Yohan Bokonyano deyib.
Hazırda "Bastiya"nın şərəfini qoruyan mərkəz müdafiəçisi Fransa mətbuatına maraqlı müsahibə verib. 29 yaşlı oyunçu Azərbaycanda keçirdiyi dönəmi də xatırlayıb.
O, Bakı xatirələri barədə bunları deyib: "Səmimi deyirəm, möhtəşəm ölkəyə getdim. 6 saatlıq uçuşdan sonra səhər 4-də Bakıya çatdım. Üç saatlıq fərq var idi. Hələ təyyarədə olarkən şəhərə baxdım və Bakının fövqəladə yer olduğunu gördüm. Onlar Bakıya "kiçik Dubay" deyirlər. Müasir, gözəl binalar, təmiz yer var idi. Ancaq köhnə Bakı da gördüm. Məni 150 m2 ölçüdə böyük və xüsusi mənzilə yerləşdirdilər. Oğlum üçün uşaq baxıcısı tutdular və orda gözəl park var idi. Məhəllədə elə də böyük olmayan supermarket var idi. Supermarketdə bir oğlan çalışırdı. İşi qapının qarşısında səni qarşılamaq və alış-veriş edəcəyin yerə qədər aparmaq idi. Ona 4 manat verirdim. Həmçinin şəxsi avtomobillərindən taksi kimi istifadə edən insanlar var. Onlar çox ucuz qiymətə işləyirlər. Özünüzü aldatmayın, bəzi yerlərdə üzüntü var. Bu məni incidirdi. Həqiqətən də, insanlara kömək etmək istəyirsiniz. Bakıda orta səviyyə yoxdu: ya pulun var, ya da heç yoxdu".
Qeyd edək ki, 2014-cü ilin yanvarında "İnter"ə keçən Yohan Bokonyano il yarım ölkəmizdə qalıb.


Xəbəri paylaş

6988 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___