Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kürəkənini kislota ilə yandıran qayınana dəlixanaya göndərildi
Tarix: 25-01-2019 | Saat: 12:10
Bölmə:Karusel / Hadisə | çapa göndər

Bakı Ağır Cinayətlər Məhkəməsində kürəkənini “kislota” ilə yandırmaqda təqsirləndirilən Kəmalə Əsədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslə bağlı qərar çıxarılıb. 
Qərara əsasən, K.Əsədovanın barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib və o, 1 saylı Respublika Psixatriya Mərkəzinə göndərilib. 
Qeyd edək ki, K.Əsəsdova ötən ilin əvvəlində gecə saatlarında kürəkəni Qarayev Tərlan Ağalı oğlunun kirayə qaldığı evə gələrək, yatdığı yerdə onu “kislota” ilə yandırıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
K.Əsədova barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.


Xəbəri paylaş

4278 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___