Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu dərmanla 11 xəstəliyi məhv edə bilərsiniz - Cəmi 70 qəpiyədir
Tarix: 19-01-2019 | Saat: 19:36
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Menovazin yəqin ki, bir çoxlarına tanışdır. Bu ucuz vasitə ilə baş və əzələ  ağrılarını aradan qaldırmaq mümkündür.Lakin menovazinin üstünlüyü bununla məhdudlaşmır. Bu maddə bir çox digər xəstəliklər zamanı də əvəzedilməz rol oynayır.
Xəbəraz.Az medicina.az-a istinadən menovazinin digər tətbiq sahələrini təqdim edir:
 
1. Angina
Angina zamanı boğaza menovazin çəkərək bağlayın. Zökəm zamanı da menovazini iyləmək xeyirli olur. Yaxşı olar ki, burnunuzun bir deşiyini bağlayaraq növbə ilə menovazinlə nəfəs alasınız.
 
2. Yuxusuzluq
Pambıq tamponu menovazində isladaraq ənsənizdən qulaqlarınıza qədər sürtün. Bu sizin yuxu dərmanı qəbul etmədən yatmağınıza kömək olacaq.
 
3. Süd vəzilərində ağrı
Süd vəzilərində olan ağrı zamanı yaxşı olar ki, döşlərinizə menovazin çəkəsiniz. Bu, soyuqdəyməni və ona bağlı olaraq narahatlıq hissini aradan qaldıracaq. Diqqət: xərçəng zamanı menovazindən istifadə etmək olmaz!
 
4. Varikoz
Vena damarlarının varikoz genişlənməsi zamanı ağrıları və şişkinliyi aradan qaldırmaq üçün menovazindən istifadə edin. Preparatı dairəvi hərəkətlərlə dabandan başlayaraq bütün ayaqlarınıza çəkə bilərsiniz.
 
5. İltihab
Yaraların iltihabı zamanı dezinfeksiya məqsədilə menovazindən istifadə edilə bilər.
 
6. Haymorit
Haymorit xəstəliyində menovazin ağrıları, şişkinliyi aradan qaldırır. Bunun üçün ağrı olan nahiyəyə menovazinlə yüngül masaj etmək lazımdır. Preparatın təsirini gücləndirmək üçün həmin nahiyəyə bir neçə qat tənzif parçası örtün.
7. Babasil
Bu heç də xoş olmayan, amma babasildən yaxa qurtarmağın ən effektiv yoludur. Baş barmağınıza bint dolayın, onu menovazində isladaraq anal dəliyə salın. Bu proseduru gündə 1 dəfə olmaqla 5 gün etsəniz, babasildən tamamilə yaxa qurtara bilərsiniz.
 
8. Herpes (dodaqların uçuqlaması)
Əgər dodaqlarınız uçuqlayıbsa, o zaman üzərinə menovazində isladılmış pambıq qoyun və ya menovazin mazı çəkin.
 
9. Soyuqdəymə
Öskürək zamanı sinənizə və kürəyinizə menovazin çəkərək yatın. 3-4 dəfə sonra öskürəyin kəsildiyini görəcəksiniz.
 
10. Radikulit
Radikulit zamanı ağrıyan nahiyəyə menovazin çəkin. Bu xəstənin vəziyyətini nisbətən yüngülləşdirəcək.
 
11. Oynaqlarda duz olduqda
Oynaqlarda duz yığıldığı zaman menovazini oynaqlarınıza çəkin. Bu, həm ağrını aradan qaldıracaq, həm də oynaqların duzlardan təmizlənməsinə səbəb olacaq.


Xəbəri paylaş

2 0838 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___