Külək bu məktəblərə ziyan vurub-Siyahı
Tarix: 18-01-2019 | Saat: 12:36
Bölmə:Karusel / Gündəm | çapa göndər
Yanvarın 17-si güclü külək nəticəsində paytaxtdakı bəzi ümumi təhsil müəssisələrinə müəyyən dərəcədə ziyan dəyib.
Belə ki, Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən 188 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi güclü külək nəticəsində uçub. Bununla əlaqədar müvafiq qurumlara məlumat verilib. Xəsarət alan olmayıb. Ərazi nəzarətdə saxlanılır.
Həmçinin güclü külək nəticəsində 97, 165, 228 nömrəli tam orta məktəblərin dam örtüyü müəyyən dərəcədə zədələnib, 197 nömrəli tam orta məktəbin qazanxanasının dam örtüyünün bir hissəsi uçub, 139 nömrəli tam orta məktəbin idman zalının pəncərəsi, bəzi məktəblərdə bir neçə sinif otağının pəncərəsi sınıb, 126, 14, 253 nömrəli tam orta məktəblərin ərazisində olan bir neçə ağac aşıb. Xəsarət alan olmayıb, hazırda həmin ərazilər nəzarətdə saxlanılır.
Qeyd edək ki, hava şəraiti ilə bağlı BŞTİ-də Qərargah yaradılıb. Qərargahın yaradılması ilə bağlı bütün məktəb direktorları öncədən məlumatlandırılıb, xüsusi hallara dair hərəkət təlimatı verilib. Qərargah 24 saat fəaliyyət göstərir. Hər hansı xüsusi hal baş verdikdə məktəb rəhbərləri Qərargah üçün müəyyən edilmiş əlaqə vasitələrinə dərhal məlumat verirlər.
Onu da qeyd edək ki, Təhsil Nazirliyinin Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədilə “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmrinə əsasən, hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar 2019-cu il yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılıb və tədrislə bağlı tədbirlər təxirə salınıb.
Xəbəri paylaş
7058 dəfə oxunub.
Digər xəbərlər

21-02-2016, 22:24
Üç göyərçinin hekayəsi. (Dini Hekayə)
20-11-2018, 10:51
Yəhudi alimlərdən xərçənglə bağlı İNANILMAZ KƏŞF: viski ilə...
16-06-2016, 11:43
PKK liderləri arasında dava düşdü
25-06-2015, 00:11
22 yaşlı gənc dənizdə çimərkən batdı
30-03-2018, 13:10
Türkiyə 6 şəhid verdi
19-06-2016, 11:35
Argentina yarımfinala yüksəldi - Video
28-09-2016, 18:01
Səməd Səmədov Mirzə Babayev və Brilliantdan sonra… - VİDEO
28-06-2017, 13:43
Bazarda yer üstündə atışma: bir azərbaycanlı yaralandı, digəri tutuldu
3-11-2015, 16:17
Yol polisinin sürücülərə surpriz radar ŞOK-u - VİDEO
17-10-2023, 09:24
Oktyabr ayının sonu bu bürclər üçün çətin keçəcək - XƏBƏRDARLIQ