Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"WhatsApp"da yalan məlumat yayanlar axtarılır - cəzalanacaqlar
Tarix: 17-01-2019 | Saat: 11:06
Bölmə:Karusel / Gündəm | çapa göndər

"WhatsApp"da yalan məlumat yayanlar axtarılır - cəzalanacaqlar

Sosial şəbəkələrdə və “WhatsApp” messencerində naməlum şəxslər təxribat xarakterli məlumatları kütləvi şəkildə yayaraq, əhali arasında təşviş doğuran şayiələr yaymağa çalışırlar.

Misal üçün, insanları Bakıda baş verəcək zəlzələ, terror aktları və “donuz qripi” epidemiyası ilə qorxudurlar. Öz sözlərinin sübutu kimi araqarışdıranlar KİV-də dövlət xidmətlərinin gücləndirilmiş iş rejiminə keçmələri barədə yayılan xəbərləri göstərirlər.
Xəbəraz.Az xəbər verir ki, virtualaz.org-a Azərbaycan hökumətindəki mənbələrdən verilən məlumata əsasən, bu informasiya həqiqəti əks etdirmir və təxribat xarakteri daşıyır.

Hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri əhali arasında şayiə və təşviş yayanların müəyyənləşdirilməsi üzrə təhqiqata başlayıblar. Həmin təxribata görə məsuliyyət daşıyanların hamısı cəzalandırılacaq.

Eyni zamanda, söhbət yalnız Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin hava şəraitinin pisləşməsi və güclü külək haqqında xəbərdarlığından gedir.

Xatırladaq ki, son güclü fırtına nəticəsində Xəzərdə neftçilər faciəvi şəkildə həlak olmuşdular. Məhz buna görə də, ölkə rəhbərliyi əhalini hava şəraitinin pisləşməsi ilə bağlı xəbərdar etmək məqsədilə bütün qabaqlayıcı tədbirləri görüb. 


Xəbəri paylaş

4228 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___