Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Zamirə Hacıyevanın 2 milyonluq üzüyü müsadirə olundu
Tarix: 15-01-2019 | Saat: 11:05
Bölmə:Karusel / Gündəm | çapa göndər


Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın dəyəri 1 milyon funt sterlinqdən ( təxminən 2 milyon manat) baha olan brilliant üzüyü İngiltərə polisi tərəfindən müsadirə edilib.
“Cartier” zərgərlik brendinə məxsus üzük Milli Cinayət Agentliyinin əməkdaşları tərəfindən altı ay müddətinə müsadirə olunub. Onlar bu müddət ərzində üzüyün hansı vəsait hesabına alındığını, maliyyə mənbəyini araşdıracaqlar. 
Qeyd edək ki, Milli Cinayət Agentliyinin əməkdaşları 2011-ci ildə "Harrods"dan satın alınan almaz üzüyü təmir üçün verilən zərgərlik dükanından götürüblər. 
Son 10 ildə Londonun məşhur univermağı “Harrods”da 35.85 milyon manat xərclədiyi üçün mühakimə edilən 55 yaşlı  Zamirə Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində ötən ilin noyabrın 6-da London polisi tərəfindən həbs olunub. 
Noyabrın 8-də isə London Ali Məhkəməsinin qərarı ilə 500 min funt sterlinq (təxminən 1,2 milyon manat) girov qarşılığında zaminə buraxılıb.





Xəbəri paylaş

4358 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___