Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Arvadını namaz qılarkən bıçaqlayan şəxsin məhkəməsi başlayıb
Tarix: 14-01-2019 | Saat: 11:03
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər


Şəki Ağır Cinayətlər Məhkəməsində Ağsuda arvadını öldürməyə cəhddə təqsirləndirilən Namiq Həsənovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası yanvarın 17-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin yayında Ağsu rayonunun Qaraqaşlı kəndində baş verib. Kənd sakini, 1988-ci il təvəllüdlü N.Həsənov həyat yoldaşı, 1992-ci il təvəllüdlü Həsənli Şəbnəm Qaçay qızını bıçaqlayıb. Yaralı təcili tibbi yardım stansiyasının avtomobili ilə Ağsu Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
N.Həsənov arvadının kürək, qol, bilək və sinə nahiyəsinə 7 bıçaq xəsarəti yetirib.
Ailə üzvlərinin bildirdiyinə görə, qadın namaz qılarkən kişi arxadan ona qəflətən hücum edərək bıçaqlamağa başlayıb. Hadisəni törədən şəxs qaçsa da, polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.
(report)


Xəbəri paylaş

3838 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___