“Whatsapp”a barmaq izi skanı olacaq
Tarix: 13-01-2019 | Saat: 11:17
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
“Whatsapp”ın “Android” versiyasında messencerin istifadəçinin barmaq izi ilə qorunması funksiyası aşkar edilib. Lakin bu funksiya adi istifadəçilərdən hələlik gizlədilib.Xəbəraz.Az Technote-a istinadən xəbər verir ki, sözügedən funksiya messencerin "Gizlilik" ayarlar bölməsində aşkar edilib. Bu funksiya aktivləşdiriləndə ayrı-ayrı çatlar deyil, messencerin özü tamamilə bloklanır.
Əgər smartfonun barmaq izi skanı texnologiyası hansısa səbəbdən istifadəçinin barmaq izini təyin etmirsə, onda "Whatsapp"ı "Android"in standart blokdan çıxartmaq üsulu ilə (qrafik şifrə, PIN kod və ya adi şifrə) aktivləşdirmək olar. Messencerin "iOS" versiyasında bu funksiya hələ keçən ilin yaz fəslində ortaya çıxmışdı. Lakin "iOS" versiyada da funksiya hələlik test mərhələsində çalışır və yalnız az istifadəçi kütləsi üçün aktiv edilib.
Yeni funksiyanın rəsmi olaraq nə zaman təqdim olunacağı məlum deyil. Lakin bu, qısamüddətli təcrübə olsa idi çətin ki, tərtibatçılar buna bu qədər zaman ayırardılar. Messencerin beta versiyasında ortaya çıxmış daha bir maraqlı funksiya da ondan ibarətdir ki, bundan sonra istifadəçi göndərəcəyi audiomesajı göndərməmişdən öncə dinləyə biləcək.
Xəbəri paylaş
4658 dəfə oxunub.
Digər xəbərlər

8-03-2021, 13:44
Şəhid polkovnikin xanımından təsirli 8 Mart təbriki
16-08-2020, 18:10
“Keşlə”yə yeni baş məşqçi təyin edildi
24-07-2017, 00:22
Bakıda yeni dələduzlar peyda olub - Aldanmayın + Video
6-02-2018, 19:45
BAKIDA ZAVODDA PARTLAYIŞ BAŞ VERİB
8-05-2017, 11:11
10 qat çempion “Qarabağ”ın mümkün rəqibləri sırasında
27-05-2016, 19:34
Döyüş başlasa, birinci onu vuracağıq - Erməni komandir
5-03-2018, 12:19
Ürəyimə dammışdı ki, Türkiyədə sevgimi tapacam-Afaq Aslan
10-01-2022, 10:41
Nanə bu səbəbdən ailə qurmur - İLK DƏFƏ AÇIQLADI
11-03-2016, 13:08
Oğru: Bunu televizora verməyin, iş tapa bilməyəcəm – VİDEO
18-08-2015, 21:46
Çayı içdikdən sonra limonu yeməyin