Yağış yağacaq,güclü külək əsəcək
Tarix: 09-01-2019 | Saat: 14:06
Bölmə:Karusel / Gündəm | çapa göndər
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin yanvarın 9-dan 10-na keçən gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 5-8, Bakıda gecə 2-4, gündüz 5-7 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz olacaq.
Azərbaycanın rayonlarında yanvarın 10-da havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, yanvarın 9-u axşamdan 10-u gündüzədək Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.
ETSN xəbərdarlıq edir ki, Bakıda və Abşeron yarımadasında yanvarın 9-u axşamdan 10-u gündüzədək əsən güclü şimal-qərb küləyinin yanvarın 10-da gecə və səhər arabir şiddətlənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında yanvarın 9-u axşamdan 10-u gündüzədək qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclü olacağı gözlənilir.
Xəbəri paylaş
5108 dəfə oxunub.
Digər xəbərlər

4-08-2016, 18:54
Kişilərin cavab tapmadığı sual: qadın nə istəyir?
9-05-2020, 20:48
Dostlar 78 yaşlı qadına zor tətbiq edərək...
8-11-2015, 14:09
Bakıda maşın saxlamaq üstündə DAVA
7-01-2016, 19:02
Kredit borcuna görə özünü yandıran direktor müavini öldü
4-08-2020, 12:50
Həqiqət Qədirova Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkimlərə qan uddurur - İTTİHAM
28-02-2017, 15:00
Masazırda böyük bir ərazidə çökmə, sürüşmə və uçqun olub
8-12-2019, 02:05
İvan Rakitiç Madrid klubuna keçməyə yaxındır
19-10-2016, 23:58
Göygöldə iki azyaşlı dəm qazının qurbanı oldu - YENİLƏNİB
25-10-2016, 15:10
Bakıda "avtoş"luq edən general oğlu tutuldu - Sürücülük vəsiqəsi alındı
14-08-2021, 10:54
"Yoldaşımla münasibətim yoxdur, subay qızam" - Roza Zərgərli