Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Ciyər axşamları”ndan imtina etmək lazımdır - Rəsmi qəzetdə məqalə
Tarix: 07-01-2019 | Saat: 11:32
Bölmə:Karusel / Maraqlı | çapa göndər


Rəsmi "Azərbaycan" qəzetində son zamanlar toydan bir gün qabaq keçirilən "ciyər axşamları" ilə bağlı Bərdə şəhər sakini Fəqan İbrahimov adından tənqidi məktub dərc olunub.
Xəbəraz.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Belə də dəb olar?" başlıqlı oxucu bildirir ki, zaman keçdikcə adət-ənənələrin bəziləri sıradan çıxır, yeniləri yaranır: "Bu, təbiidir. Son illər toydan bir gün əvvəl "ciyər axşamları" keçirmək yaman dəbə düşüb. Onun harada və nə vaxt yarandığını deyə bilmərəm. Amma deyirlər ki, ona az qala bir toyun yarısı qədər, bəlkə də daha çox xərc çəkilir. "Ciyər axşamları"nda yeyib-içənlər ertəsi gün toy məclislərində də iştirak edirlər. Bəzən belə axşamlarda cavanlar yeyib-içəndən sonra oturub səhərin gözü açılana kimi müxtəlif oyunlar oynayırlar.  Elə hallar da olur ki, özünü idarə edə bilməyən gənclər dava-dalaş salır, hadisə törədir, araya qanıqaralıq düşür. Ən çox maddi ziyan çəkən də toy sahibi olur, mənəvi əzab çəkən də!
Bəs, bu dəbi aradan qaldırmaq üçün nə etmək lazımdır? Sadəcə "qonşudan qalma dala " prinsipindən əl çəkib "ciyər axşamları" keçirməkdən imtina etmək! Bu həm israfçılığın qarşısını alar, həm də xoşagəlməz hadisələrin. Fikrimizcə, bu işdə nüfuzlu adamlar, ziyalılar, ağsaqqallar qabağa düşsələr, məsələ daha tez həllini tapar"-deyə oxucu məktubunda qeyd edib.


Xəbəri paylaş

6678 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___