Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İngiltərə Futbol Assosiasiyasından Qvardiolaya -Xəbərdarlıq
Tarix: 05-01-2019 | Saat: 11:04
Bölmə:Karusel / İdman | çapa göndər

İngiltərə Futbol Assosiasiyası (FA) "Mançester Siti" komandasının baş məşqçisi Xosep Qvardiolaya xəbərdarlıq edib. 
Buna 48 yaşlı mütəxəssisin "Liverpul"a 2:1hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXI tur matçındakı davranışı səbəb olub.
Qvardiola görüş zamanı emosiyalarını açıq büruzə verib, boynundakı şərfi nümayişkaranə formada yerə tullayıb və ehtiyat hakim Martin Atkinsonun üstünə qışqırıb. Atkinson temperamentli baş məşqçini sakitləşdirmək üçün hətta referi Entoni Teyloru texniki zonaya dəvət etməli olub. 
Bu, ispaniyalı mütəxəssisə ilk xəbərdarlıqdır. O daha üç xəbərdarlıq alsa, diskvalifikasiya olunacaq. 
Qeyd edək ki, Xosep Qvardiolanın "Mançester Siti"nin baş məşqçi postunda 100-cü qələbəsi məhz "Liverpul"la görüşə təsadüf edib.


Xəbəri paylaş

6688 dəfə oxunub.

Digər xəbərlər
21-03-2023, 11:43 Azərbaycana yaz gəldi

bütün xəbərlər
____ Instagram ___