Əli Əhmədov yanğın baş verən ərazidə olub- Foto
Tarix: 03-01-2019 | Saat: 17:06
Bölmə:Karusel / Gündəm / Foto-fakt | çapa göndər
Xətai rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş vermiş yanğınla bağlı tədbirlər görülməyə başlayıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən daxil olan məlumata görə, yanğın nəticəsində 18 məcburi köçkün ailəsinin müvəqqəti yaşayış sahəsi yararsız vəziyyətə düşüb.
Baş nazirin müavini Əli Əhmədov, “QaçqınKom”un sədri Rövşən Rzayev, Xətai rayon icra hakiminin vəzifələrini müvəqqəti icra edən Rafiq Quluyev, komitənin və icra hakimiyyətinin məsul əməkdaşları hadisə yerində olub.
Yanğın baş verdikdən sonra Dövlət Komitəsi tərəfindən yaradılmış komissiya hadisə yerinə gedib, siyahıyaalınma aparılıb. 17-si Füzuli, biri Laçın rayonundan olmaqla, 18 məcburi köçkün ailəsi artıq müvəqqəti mənzillərdə yerləşdirilib. Həmin ailələr dövlət tərəfindən mənzillə təmin edilənə qədər orada yaşayacaqlar.
Hazırda FHN-in mütəxəssisləri tərəfindən yanğının başvermə səbəbləri araşdırılır. Araşdırmadan sonra yekun rəy veriləcək. Rəy əsasında müvafiq hüquqi addımlar atılacaq.
Xatırladaq ki, yanvarın 3-də Bakı şəhərinin Xətai rayonunda məcburi köçkünlərin məskunlaşdığı, ümumi sahəsi 1020 m² olan ikimərtəbəli, 11 otaq və klubdan ibarət yataqxana binasının (1933-cü ildə inşa olunub) dam örtüyünün (taxta atmalar) yanar konstruksiyaları 500 m² sahədə və klubun yanar konstruksiyaları 190 m² sahədə (ümumi 690 kv.m) yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Xəbəri paylaş
6878 dəfə oxunub.
Digər xəbərlər

18-10-2016, 13:59
Polis Cahangir Hacıyevin evini mühasirəyə aldı – VİDEO
15-10-2015, 00:35
Nazir müavininə yumurta atdılar - VİDEO
9-07-2018, 15:01
Paşinyan istəyinə çatdı: O da istefaya getdi
24-02-2016, 16:24
Bakıda sürücü və qohumları yol polisinə hücum etdi
8-06-2016, 20:15
İsraildən Əsədə zərbə
28-10-2021, 12:48
Ramiz Mehdiyevin kürəkəni at oynadır- Sifariş verir
2-10-2019, 11:30
Bakıda qadını qatar vurdu
27-06-2017, 19:30
Mətanət İsgəndərli Həcc ziyarətindən qayıtdı - FOTO
26-10-2018, 13:56
Hacı Surxay içki məclisində - FOTO
21-04-2016, 20:55
Cəbhəyanı kəndlərdə mərmilər tapıldı