Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu meyvənin adı “Quran”da keçir - Məhəmməd peyğəmbər də faydasından danışıb
Tarix: 03-01-2019 | Saat: 15:14
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

Bəzi meyvə və tərəvəzlər var ki, onların adı "Qurani Kərim”də də keçir. Alimlər illərdir, "Qurani Kərim”də adı keçən bu ərzaqların faydalarını axtarır, orqanizm üçün lazımlı tərəflərindən söz açırlar.
 
Xurma
-Pankreasda insulin yaranmasına kömək edir və şəkər balansını qoruyur. 

- "Quran”dakı Məryəm surəsində xurmanın hamilə qadınlar üçün faydalarından söz açılır. Bildirilir ki, xurma doğuşun daha rahat keçməsinə kömək edən ərzaqlardandır. 

-Süd hormonlarına dəstək olaraq ana südünü artırır.

-Məhəmməd Peyğəmbər "Zahılıq dövründə qadınlara xurma yedirin, kim bu dövründə xurma yeyərsə, onun uşağı ağıllı olar” deyə qeyd edib. Məryəm ana zahılıq dövründə həmişə xurmadan istifadə edib.
 
-Tərkibində A, C, B1, B2, B3, B6, B9, B12, K vitaminləri, betakaroten, bundan başqa oligo element var.
  
-A vitamini çox təsirli antioksidantdır. Başqa sözlə, xalq arasında toyuq korluğu deyə adlandırılan gecə korluğunun qarşısını alır. Eyni zamanda ağız və ağciyər xəstəliklərində effektivdir. Bu vitamin ürək-damar xəstəliklərinin yaranmasına maneə olur. Sperma yaranmasına kömək edir. 

Zeaksantin maddəsi də qocalıqla əlaqəli əzələ əriməsinə əngəl olur. Orqanizmdəki əzələ itirilməsinə maneə olur. Ödem yaranmasının qarşısını aır. Təzə xurmanın içərisində olan pitosin maddəsi aybaşı sancıları zamanı effektiv təsir fgücünə malikdir. 

Bağırsaqların iş prosesini rahatlaşdırır, qəbizliyin bir nömrəli dərmanıdır. Bağırsaq xərçənginə səbəb olan biokimyəvi maddələrin azalmasına səbəb olur. 

Tərkibindəki flavonoid, polifenol antioksidant maddəsi orqanizmdəki qanaxmaların qarşısını alır. 

Xurmanın tərkibində dəmir maddəsi var ki, qırmızı qan hüceyrələrinin içindəki qanın rəngini yaradan hemoqlobinin yaranmasında ən effektiv mineraldır.
 
Gündə 15 ədəd orta ölçülü xurma yemək insanın bir günlük dəmir tələbatını ödəyir. 

Potaş: ürək ritminin sürəti və təzyiqin sabitləşdirilməsi üçün vacibdir.
 
Kalsium və fosfor: Sümüklərin əriməsinin qarşısını alır.

Bundan başqa, aclıqla güclü mübarizə apardığı üçün arıqlamağa kömək edir. Xüsusilə çox aclıq və şirniyyata tələbat yarandıqda 10 ədəd 10 ədəd qoz və ya fındıq ləpəsi ilə 2 ədəd xurma yemək, üstündən isə 1 stəkan su içmək olur. Bu, 2-3 saat ərzində sizi tox tutacaq.

Fruktoza və qlükoza kimi təbii şəkər mənbəyidir. 
(medicina.az)



Xəbəri paylaş

5258 dəfə oxunub.

Digər xəbərlər
15-02-2017, 20:03 Sabah qaz olmayacaq

bütün xəbərlər
____ Instagram ___