Metro stansiyalarında 4 günlük konsert proqramı olacaq
Tarix: 28-12-2018 | Saat: 11:10
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Bakı Metropoliteni” QSC-nin yeni ilin astanasında sərnişinlərinə təqdim etdiyi bayram sürprizlərindən biri də konsert proqramı olacaq.
“Bakı Metropoliteni”ndən verilən məlumata görə, bu proqram Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dekabrın 30-dan yanvarın 2-nə kimi sərnişin axınının çox olduğu və şəhər mərkəzində yerləşən stansiyaların vestibüllərində təqdim ediləcək.
Konsertin təşkilində əsas məqsəd metropolitendən istifadə edən şəhər sakinləri və qonaqlarının bayram ovqatını yüksəltməkdir. Musiqi proqramına milli və klassik musiqi nümunələri daxil edilib.
Canlı musiqi milli muğam üçlüyü, dünya və Azərbaycan klassik musiqi nümunələrini ifa edəcək kvartet tərəfindən “İçərişəhər”, “Sahil”, “28 May”, ”Elmlər Akademiyası” stansiyalarında “İçərişəhər” stansiyası saat 11:00 - 12:30-da, “Sahil” stansiyası saat 12:00 - 13:30-da, “28 May” stansiyası – 13:00 - 14:30-da, ”Elmlər Akademiyası” stansiyasında isə saat 14:00 -15:30-da göstərilən saatlarda səsləndiriləcək.
Xəbəri paylaş
4478 dəfə oxunub.
Digər xəbərlər

22-02-2023, 12:13
Azərbaycanda daha bir zəlzələ
29-10-2016, 22:41
Efirdə biabırçılıq: bu suala görə soyundu - video
15-06-2015, 14:39
İŞİD-in liderlərindən biri öldürüldü
3-05-2016, 19:45
3 May – Türkçülük gününün gerçək tarixi
30-05-2017, 11:12
Sağlam qala-qala arıqlamaq istəyirsiz? - Əncir yeyin
17-08-2020, 14:08
Prezident onlara general-leytenant rütbəsi verdi - SİYAHI
26-10-2017, 18:33
Sürücülər ən çox hansı xətaya görə cərimələnir? - DYP-dən cavab
7-05-2016, 17:35
Keniya 600 min miqrantı küçəyə atır
11-01-2019, 10:45
Spirtli və spirtsiz içkilərin, qazlı suların gömrük rüsumları artırılıb
4-01-2016, 16:22
Selfi oğruların başına bəla oldu (FOTO)