Arvadının başqa kişi ilə danışdığını bilib onu öldürdü - MƏHKƏMƏ
Tarix: 26-12-2018 | Saat: 13:28
Bölmə:Karusel / Hadisə | çapa göndər

Arvadını qısqanclıq zəminində öldürməkdə təqsirli bilinən Elvin Qəhrəmanlının apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Qərara əsasən, E. Qəhrəmanlının cəzasının yüngülləşdirilməsi barədə verdiyi apelyasiya şikayəti təmin olunmayıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elvin Qəhrəmanlı 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, bu il yanvarın 22-də Qaradağ rayonu, Lökbatan qəsəbəsində Cəlilabad rayon sakini Elvin Qəhrəmanlı həyat yoldaşı Günel Qəhrəmanlını boğaraq öldürüb.
Müəyyən edilib ki, qətl hadisəsi qısqanclıq zəminində törədilib.
Günelin başqa bir kişi ilə sosial şəbəkədə danışdığını öyrənən Elvin Qəhrəmanlı onunla mübahisə edib. Ər-arvad arasında mübahisə sonda cinayətlə nəticələnib.
Hadisədən sonra 10-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən Elvin Qəhrəmanlı həbs edilib.
İstintaq orqanı tərəfindən Elvin Qəhrəmanlının barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
4868 dəfə oxunub.
Digər xəbərlər

15-10-2015, 16:36
Maaşını ala bilməyən fəhlə intihar etmək istədi
11-06-2016, 12:34
Əlinin dəfnində siyasi qalmaqal - Türkiyəyə qarşı
27-03-2020, 15:04
Zaqatalada 9 ağacı kəsən bu şəxs imiş - FOTO
7-07-2016, 18:09
Ağır qəza: FHN 7 nəfəri əzilmiş maşından çıxardı
16-10-2016, 19:24
Putin: İrəvanda Qarabağla bağlı kompromislər müzakirə olunub
6-10-2016, 09:35
Mehriban Əliyeva və Leyla Əliyeva "Əli və Nino" filminin premyerasında iştirak ediblər - FOTO
30-03-2017, 16:12
İsrail də BMT-nin pulunu kəsdi – Səbəb
13-09-2017, 11:59
Afaq Aslan aparıcılığa başlayır – GÖRÜN HARDA