Telman İsmayılov adam oğurluğunda günahlandırılır
Tarix: 25-12-2018 | Saat: 11:11
Bölmə:Karusel / Gündəm | çapa göndər
Rusiyanın İstintaq Komitəsinin müstəntiqləri müğənni Avraam Russonun 2004-ci ildə oğurlanması barədə cinayət işinin istintaqını başa çatdırıb.
Xəbərə əsasən Rusiyanın İstintaq Komitəsi hesab edir ki, oğurluğu "Çerkizov" bazarının sabiq sahibi Telman İsmayılov iki nəfərin - Zaur Mərdanovun və Vladimir Qusakovun köməyi ilə təşkil edib.
Məlumata görə, bazarın keçmiş müdiri 2004-cü ilin yanvarında müğənnini "Praqa" restoranında aldadaraq, onu restoranın ikinci mərtəbəsindəki kabinetinə çağırıb və digər şəxslərlə birlikdə Avraam Russonu döyüb.
T. İsmayılov Avraam Russodan bütün konsertləri ləğv etməyi, onun şərtləri altında müqavilə imzalamağı tələb edib.
Bundan sonra iki nəfər müğənnini zorla avtomobilin arxa oturacağına əyləşdirərək, bazarın sabiq rəhbərinin Moskva yaxınlığındakı evinə gətiriblər və artisti bütün tələbləri yerinə yetirməyə razılıq verincə bir gün orada saxlayıblar.
İstintaq Komitəsi işlə bağlı kifayət qədər sübutların toplanıldığını bildirib. Cinayət işi Baş Prokurorluğa göndərilib.
Bildirilir ki, cinayətin digər iştirakçılarının işi ayrıca icraata ayrılıb, onların cinayət əməlləri ilə bağlı istintaq davam etdirilir. Həmçinin təqsirləndirilən sabiq bazar direktoru T.İsmayılovun və digər şəxslərin beynəlxalq axtarışı davam edir.
Qeyd edək ki, əməliyyatçılar 2016-ci ilin noyabrında biznesmenin qardaşı Rafiq İsmayılovu və Mehman Kərimovu saxlayıblar. Onlar qətl işində şübhəli bilinirlər. 2017-ci ildə iş adamına qarşı qətldə iştirak və qanunsuz silah dövriyyəsi ilə bağlı qiyabi ittiham irəli sürüb.
Daha əvvəl Moskvanın Basmannı rayon məhkəməsi Çerkizov bazarının sabiq rəhbəri, azərbaycanlı milyarder Telman İsmayılovun bacısı oğlu Zaur Mərdanovu müğənni Avraam Russonun oğurlanmasında müqəssir bilərək iki ay müddətinə həbs edib. (Report)
Xəbəri paylaş
4048 dəfə oxunub.
Digər xəbərlər

30-07-2020, 17:25
Tuba Büyüküstündən ayrılıq ŞOKU
20-08-2016, 22:55
Kasıb olmaq istəmirsinizsə, «BUNLARI» etmiyin!
25-04-2022, 09:59
Asya və Fuaddan hər kəsi təəcübləndirən addım: Boşanırlar
18-05-2021, 16:44
Nura məktəblərin açılmasına qarşı çıxdı: “İnsanları düşünmürlər“
2-06-2017, 22:29
"Azərsu" işçisi faciəvi şəkildə öldü
18-12-2016, 20:33
Braziliyalı futbolçu azərbaycanca müsahibə verdi - VİDEO
14-08-2017, 17:05
Pərvin Abıyeva vəfat edən həmkarı haqda: Onu söyüb, təhqir edirdilər...
15-08-2021, 09:36
Cinayətin şahidi olan azyaşlını oğurlamaq istədilər - Fotolar