Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Azərbaycanda işim-gücüm xəstəxanaları gəzmək idi"-Rasim Balayev
Tarix: 24-12-2018 | Saat: 19:21
Bölmə:Karusel / Məşhurların Taleyi | çapa göndər



"Xəstəliyimin çarəsi olmasa belə, əməliyyata razı olmayacam. Çünki əməliyyat olunanların bir neçəsi ilə söhbət eləmişəm. Onlar əməliyyatdan sonra heç də müsbət nəticə əldə etmədiklərini deyiblər".
Bunu "Babək" filminin çəkilişi zamanı bir neçə dəfə atdan yıxıldığı üçün belində yırtıq yaranan Xalq artisti Rasim Balayev Sputnik Azərbaycan-a açıqlamasında deyib.
Müalicə almaq üçün bir müddət öncə Türkiyəyə gedən aktyor səhhətindəki son durumdan söz açıb: 


"Azərbaycanda işim-gücüm xəstəxanaları gəzmək idi. Həkimlərin hərəsi bir söz deyirdi. Bir də deyirdilər ki, masaj elətdirim. Sonradan bu xəstəlikdən əziyyət çəkən bir tanışın Türkiyədə müalicə alaraq sağaldığını eşitdim. Onun sağalmağı məndə inam yaratdı. Bu səbəbdən də müalicə üçün Türkiyəyə getdim. Ümid edirəm, bu müalicənin xeyri olacaq"."Həkimlər demişdi ki, 1 aydan sonra müalicə xeyrini göstərəcək. Hazırda, az da olsa, müalicənin xeyrini görürəm. Müalicənin effektini görsəm, bir ildən sonra yenidən Türkiyəyə gedəcəm" – deyə R.Balayev əlavə edib.
O, qısaca da olsa, xəstəliyi haqda məlumat verib: 

"Beldə yırtıq dünyada ən geniş yayılmış xəstəliklərdən biridir. İndi əksər adamlarda bu problem var. Oğlum oturaq işlə məşğuldur, onda da yırtıq var. Adam var ki, yırtığı 7 milli metrdir, lakin onu narahat etmir. Mənim yırtığım isə 4 mili metrdir, siniri sıxır, narahatlıq yaradır. Nəticədə də sol ayağımı atarkən çətinlik yaşayıram".
R.Balayev hazırda yeni işinin olmadığını bildirib: 

"İş yoxdursa, nədən danışa bilərik. Köhnə hamam, köhnə tasdır. Nə iş, nə yaxşı rejissor, nə film çəkən, nə də yazan var".


Xəbəri paylaş

7368 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___