Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda vəzifəli şəxsin ölümü ilə bağlı DETALLAR - 16 yaşlı sürücü və...
Tarix: 24-12-2018 | Saat: 15:03
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər


Dekabrın 21-də axşam saatlarında Bakı şəhər Xətai rayonu Nobel prospektində baş vermiş dəhşətli yol qəzasını törətmiş şəxslə bağlı yeni faktlar üzə çıxıb.

Həmin gün saat 19 radələrində Xətai rayonu Nobel prospektində "Nissan" markalı avtomobillə 1981-ci il təvəllüdlü Süleymanlı Ləman Rafiq qızını vurub öldürən Qurbanov Qurbanəli Eyyub oğlunun sürücülük vəsiqəsi olmayıb. Belə ki, 2002-ci ildə anadan olmuş Q.Qurbanov vəsiqəsi olmada minik avtomobili idarə edirmiş və piyada keçidindən keçən Ləmanı vurub.

Qeyd edək ki, hadisədə vəfat edən Ləman Süleymanlı "AzərTürkBank"da şöbə rəisi vəzifəsini tuturmuş. Hadisə o, işdən evə qayıdarkən baş verib. L.Süleymanlı ölümündən 3 gün əvvəl sosial şəbəkədə sonuncu dəfə cizgi filmi fraqmenti paylaşaraq "böyümək istəmirəm, mənə uşaqlığımı qaytarın" cümləsini yayıb.

Qeyd edək ki, qəzanı törədən şəxs hadisə yerindən qaçıb. Bakı şəhər BPİ Təhlükəsiz Şəhər Xidməti və Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sükan arxasında Qurbanəli Qurbanovun olması müəyyən edilib və o tutulub.

(publika)


Xəbəri paylaş

8798 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___