Hazal iranlı fanatını məhkəməyə verdi
Tarix: 17-07-2015 | Saat: 14:19
Bölmə:Karusel / Şou-Biznes / M2 | çapa göndər
Aktrisa Hazal Kaya Türkiyədə təhsil alan 27 yaşlı iranlı fanatı İsa Yazdan Kərimidən polisə şikayət edib
Xeberaz.az “Hürriyət”ə istinadən xəbər verir ki, buna səbəb pərəstişkarının aktrisanı sosial şəbəkədə narahat etməsi və iş yerinə tez-tez hədiyyə göndərməsi olub. Hazal İstanbul Ailə Məhkəməsinə müraciət edərək təhlükəsizliyinin təmin edilməsi üçün ərizə yazıb.
O, Kərimi ailəsinin yaşadığı evə yaxınlaşmaması üçün tədbirlər görülməsini istəyib. “Facebook” səhifəsində H.Kayaya “Ya Hazalım, ya ölüm”, “Eşqim, həyat yoldaşım” tipli ismarışlar göndərən İsa Yazdanın şübhəli şəxs qismində ifadəsi alınıb. Tibb fakültəsində oxuyan iranlı tələbə ifadəsində deyib:
“Hazalın fanatıyam. Onunla heç vaxt üz-üzə gəlməmişəm, evinə getməmişəm. İş yerinə hədiyyə göndərməyim doğrudur. Onu çox sevirəm. Hətta Hazalla evlənmək istəyirəm. Ona qətiyyən hər hansı zərər vermərəm. Hazala heç vaxt pis mesaj yazmamışam. Ailəm atası ilə görüşüb, onu bir daha narahat etməyəcəyimizi söyləyib. Həmin gündən mesaj yazmıram. Vəziyyətin bu həddə çatmasına görə peşmanam”.
Məhkəmə Kərimi ailəsinin 4 ay müddətinə H.Kayanın evinə və iş yerinə yaxınlaşmamasına qərar verib.
Qeyd edək ki, İsanın Atası Yusif Kərimi isə məhkəməyə ifadəsində “Oğlum Hazalla görüşməlidir. Onu görməsə, intihar edəcək. Təhsilini də yarımçıq qoyub. Hazalın evinin yanında yatıb-qalxır” deyib.
Xəbəri paylaş
6598 dəfə oxunub.
Digər xəbərlər

14-01-2017, 19:23
Bakıda xəngəlxana partladı, yaralılar var
31-05-2015, 12:11
Azərbaycan musiqisinin canlı əfsanəsi bu gün 86 yaşını qeyd edir.(FOTO)
3-08-2017, 16:27
Yayda uşaqda ishal olursa... – VALİDEYNLƏR, DİQQƏT
19-11-2019, 23:04
Bakıda 15 yaşlı qızı döyərək xəstəxanalıq etdilər
9-05-2016, 19:10
Baş nazir istefa verir - Səbəb
27-07-2023, 11:49
Pivə depressantdır, kədəri unutdurur? - Bu orqanları MƏHV EDİR
21-11-2022, 08:50
Əməkdar artistdən İRAD: "Analar qızlarının evini yıxırlar"
30-04-2016, 13:35
Terrorçular dövlət neft şirkətinin 2-ci böyük borusunu partladıb
24-07-2016, 21:56
Pərviz Tahir də "Əsən Yellər" oxudu - VİDEO
18-06-2018, 12:27
Alimlər döş xərçənginin qarşısını almağın asan yolunu aşkarladılar