Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Keçmiş icra məmuru pul yığmaq üçün özünə yalandan toy edib - MƏHKƏMƏ
Tarix: 24-12-2018 | Saat: 14:17
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən Asif Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Nailə Piriyeva ifadəsinə davam edib. 
Qızıl ticarəti ilə məşğul olduğunu deyən zərərçəkmiş bildirib ki, A.Məmmədovu Binəqədi Rayon Polis İdarəsində olarkən tanıyıb. N.Piriyeva qeyd edib ki, həmin vaxt Samirə adlı qadın ona qarşı dələduzluq etdiyi üçün Binəqədi Rayon Polis İdarəsinə müraciət edib:
“Bu işi araşdırmağı Asif Məmmədova tapşırdılar. Asif dedi ki, müstəntiq köməkçisidir. Sağ olsun, o, işi araşdırdı və sonda da razı qaldıq. Amma sonradan Asifin özü mənə qarşı dələduzluq etdi”. 
N.Piriyevanın sözlərinə görə, oğlunu universitetə düzəltmək üçün 15 min manat pulu A.Məmmədova verib:
“Əvvəl ona 12 min, sonra üç min verdim. Lakin iş alınmadı. Sonra mənə yazdı ki, iş həll olunur, özüm də ora düzəlmək istəyirəm. Buna görə məndən daha səkkiz min dollar pul istədi. Həmin pulla da özü işə düzələcəkdi. Oğlum razılaşmadı. Sonra notariusla pulu Asifə verdik. Bununla bağlı telefonumda sübutlar da var. Sonra Asif məndən daha 500 manat pul aldı”.
Asif Məmmədov deyib ki, Nailə Piriyeva yalan danışır:
“Dəfələrlə fərqli ifadə verib. Gah deyir, oğlunu Maliyyə Nazirliyinə, gah İqtisadiyyat Nazirliyinə, gah da Prezident Administrasiyasına işə düzəldəcəyimi demişəm. Mən ondan, sadəcə, borca pul almışam. Başqa nə deyirsə, yalandır”.
Bu sözlərə qəzəblənən Nailə Quliyev Asif Məmmədov haqda məhkəməyə məlum olmayan başqa bir məqamın da üstünə açıb.
O deyib ki, A.Məmmədov yalandan toy edərək pul yığıb. Nailə Quliyeva bu işdə ona kömək etdiyini də etiraf edib:
“Mənim bununla münasibətim yaxşı idi. Anası ilə də da tanış olmuşduq, səmimi münasibətimiz var idi. Bir gün anası mənə dedi ki, qız tapım. Mənə dedi ki, yalandan toy edib pul yığmaq istəyirlər. Mən də belə bir adam tapa bilməyəcəyimi dedim. Amma məsləhət verdim ki, gəlinsiz toy etmək olar. Dini toy adı ilə qızın iştirakı olmadan məclis təşkil edə biləcəklərini dedim. Ağıllarına batdı və razılaşdılar.
Asif Ədliyyə Nazirliyində, polisdə tanıdığı hamını toya çağırmışdı. Restoranda ancaq kişilər idi. Anası, mən və daha altı nəfər qadın yaxınları da orada idik. Amma biz restoranın ikinci mərtəbəsində oturmuşduq. Onlar toy edib pul yığdılar”.
Məhkəmə iclası dekabrın 25-də davam etdiriləcək.
İttihama görə, A.Məmmədov vətəndaşlar - Ələkbər Zeynalov və Nailə Piriyevanı aldadıb. Belə ki, onları işə düzəldəcəyini deyərək pullarını alıb.
A.Məmmədov Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə), 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham edilir.
Xatırladaq ki, A.Məmmədov daha əvvəl Salyan Rayon Məhkəməsi və Bakı Ağır Cinayətlər Məhkəməsində icra məmuru vəzifəsində çalışıb.


Xəbəri paylaş

4948 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___