Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hospitallara tapşırıq verildi: döyüşə hazır olun!
Tarix: 17-07-2015 | Saat: 11:49
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər

Hospitallara tapşırıq verildi: döyüşə hazır olun!
Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində qış tədris dövrünün yekunlarına həsr olunan toplantı keçirilib.

Xeberaz.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən Xezerxeber.com-a bildiriblər ki, Azərbaycanın dövlət himninin səslənməsi ilə başlanan toplantıda Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev çıxış edərək cari ilin birinci yarısında tibb xidmətinin fəaliyyətini təhlil edib, tapşırıqların yerinə yetirilməsi, aparılan profilaktik tədbirlər sayəsində hərbi qulluqçular arasında xəstələnmə səviyyəsinin xeyli azalmasını diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrə göstərdiyi qayğının nəticəsində hərbi qulluqçular bu gün müasir tələblərə cavab verən yeni avadanlıqlarla təchiz edilən hərbi tibb müəssisələrində müayinə və müalicə olunurlar.

Toplantıda Silahlı Qüvvələrin bütün tibb müəssisələri və personalına, stasionar və səhra hospitallarının rəhbərliyinə ehtimal olunan döyüş fəaliyyətlərinə hər an hazır olmaları barədə və bu istiqamətdə müvafiq tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlar verilib.

Tibb hərbi hissə və müəssisələrinin rəhbərləri qış tədris dövründə görülən işlər haqqında, eləcə də tapşırıqların hər an yerinə yetirilməsinə hazır olmaları barədə məruzə ediblər.

Sonda 2015-ci ilin ikinci yarısı üçün tapşırıqlar dəqiqləşdirilib, xidmətdə fərqlənən hərbi qulluqçular təltif olunub və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.


Xəbəri paylaş

8118 dəfə oxunub.

Digər xəbərlər
14-05-2016, 23:09 Turist Milli Parkda öldü

bütün xəbərlər
____ Instagram ___