Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İranın daha bir neçə vilayətindən Azərbaycana toyuq əti gətirilməsinə qadağa qoyulub
Tarix: 14-12-2018 | Saat: 15:34
Bölmə:Karusel / Gündəm | çapa göndər

İranın daha bir neçə vilayətindən
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisinə başqa dövlətlərdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədi ilə əhaliyə xəbərdarlıq edib.
AQTA-dan verilən məlumata görə, xəbərdarlıqda Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən İranın Tehran, Təbriz, Ərdəbil, Urmiya vilayətlərində ev quşları arasında yüksək patogenli quş qripi xəstəliyinin yayılmasının müəyyən edildiyi bildirilib.
Qeyd olunub ki, bununla əlaqədar İranın Tehran, Təbriz, Ərdəbil, Urmiya vilayətlərindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi üçün AQTA tərəfindən İran İslam Respublikasının Tehran, Təbriz, Ərdəbil, Urmiya vilayətlərindən gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycanın Dövlət Gömrük Komitəsinə aidiyyəti üzrə müraciət olunub.


Xəbəri paylaş

3898 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___