Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanın ilk qadın fan klubu - FOTO + VİDEO
Tarix: 16-07-2015 | Saat: 20:59
Bölmə:Karusel / İdman / M2 / Xəbəraz TV | çapa göndər

Azərbaycanın ilk qadın fan klubu - FOTO + VİDEO
“Qarabağ üçün bir olaq!”

Azərbaycanda kişilərlə yanaşı qadınların da futbola olan sevgisi getdikcə artmaqdadır. Bunun bariz nümunəsi kimi “Ladies Qarabağ” fan klubunu misal göstərmək olar.

Xeberaz.az -ın ANS-ə istinadən məlumatına görə, təxminən bir il bundan əvvəl jurnalist Günay Yelmarqızının təşəbbüsü ilə yaradılan fan klubun sıraları getdikcə artmaqdadır. G.Yelmarqızının sözlərinə görə, fan klubu yaratmaqda əsas məqsədləri xüsusilə xanımları futbola cəlb etmək olub. Fan-klub rəhbəri Ağdam klubunun hər qələbəsinin Qarabağ uğrunda savaşa atılan daha bir addım olduğunu deyib.

Günay Yelmarqızı bildirib ki, fan klub yeni yarananda kişi azarkeşlər qınayırdı ki, biz ancaq "Qarabağ"ın avrokubok oyunlarına gedirik: "Milli çempionatın oyunlarına da getmək lazımdır. Bizim isə bunun müqabilində təbii ki, cavabımız var idi.

Dedik ki, hansı milli çempionat oyunda kişi azarkeşlər stadionu doldurur ki, siz də düşmüsüz xanımların üstünə? Birinci kişilərin çempionat oyunlarına cəlb olunması lazımdır. Xanımlara da bu işdə dəstək və kömək edilməlidir.

“Qarabağ üçün bir olaq!” şüarı altında birləşən fan klub iyulun 15-i də Ağdam klubunu yalnız buraxmamışdı. Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ"ı dəstəkləməyə gələn xanımların sayı kifayət qədər çox idi. Komandalarının xarici ölkələrdə səfər matçlarında da yalnız qalmadığını deyən xanımlar Monteneqronun "Rudar" klubu ilə matçda 90 dəqiqə ərzində durmadan dəstəklərini nümayiş etdirdilər.

Son vaxtlar ölkəmizdə qadınlar arasında futbola maraq göstərənlərin sayının artması sevindirici haldır. Ümid edirik ki, tribunalarda da xanım azarkeşlərin sayı getdikcə artacaq. Bu futbolumuzun inkişafına yeni bir təkan olardı. Biz də fan-klubun gələcək işlərində uğurlar arzulayırıq.







Xəbəri paylaş

6388 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___