Aqil Abbas özəl telekanalları bağlamağa ÇAĞIRDI
Tarix: 07-12-2018 | Saat: 14:52
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Azərbaycandakı özəl televiziya kanalları bu millətə nəyi aşılayır bəlli deyil”.Bunu Milli Məclisin deputatı Aqil Abbas deyib.
O deyib ki, bu gün özəl kanallar əxlaqsızlığı yayır:
“Yaxşı ki, AzTv, İTV və Mədəniyyət kanalı var. Adamlar nəyəsə baxa bilir. Bu gün dünyada kimsə bizə baxanda deyir ki, görəsən, belə də millət var imiş?! Kim kimin başını qırxdı, kim qaynanası ilə dalaşdı, bütün ailə məsələləri açılıb tökülür. Ya da həkim məsləhətləri verilir. Bizim bunlardan başqa dərdimiz yoxdur? Hətta Qarabağ məsələsi tamam yaddan çıxıb. Gövhər xanım deyir ki, niyə uşaqları rus məktəblərinə qoyursuz? Camaat da ona görə qoyur ki, heç olmasa uşaqlar rus dilini öyrənib rus kanallarına baxa bilsin.
Telekanallara senzura qoymaq məsələsi bütün dünyada var. Hətta Türkiyədə də belə hadisələr baş verir. Bir həftəliyinə, on günlüyə, bir aylığına televiziyanın efir vaxtı məhdudlaşdırılır”.
A.Abbas bildirib ki, Milli Televiziya və Radio Şurasına belə bir səlahiyyət verilməlidir ki, televiziya kanalları ilə bağlı tədbirlər görsün, kanalları bağlasın.
“Bütün ölkələrdə belə bir qanun var. Hesab edirəm ki, bizdə də belə bir qanun olmalıdır”.
Xəbəri paylaş
5118 dəfə oxunub.
Digər xəbərlər

26-02-2017, 22:40
Cəbhədə son vəziyyət
19-03-2021, 08:38
Ermənistanda nazir jurnalisti döydü
6-06-2016, 17:27
Suriya tarixində inanılmaz ilk
17-02-2017, 17:26
Bakıda “Təcili yardım” xəstəni aparmadı - Gənc qız öldü
15-03-2015, 12:13
Türkiyə və Azərbaycanın iştirakı olmadan regionda hər hansı strateji layihənin uğur qazanması mümkün deyil
8-06-2021, 09:07
Vatsapdan YENİLİK: Bir zəng hər şeyi HƏLL EDƏCƏK
2-12-2016, 10:40
Əl çantasından “beşbarmaq” çıxdı
17-04-2016, 14:47
18 yaşlı qız “Miss Rusiya-2016”nın qalibi oldu - Fotosessiya