Mədəniyyət Nazirliyi Fəxrəddin Manafovla bağlı ciddi tapşırıq verib
Tarix: 06-12-2018 | Saat: 13:55
Bölmə:Karusel / Gündəm | çapa göndər
Mədəniyyət Nazirliyi xalq artisti Fəxrəddin Manafovun Rus Dram Teatrından ayrılmasına münasibət bildirib.
Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov suallara cavab olaraq deyib ki, F.Manafovun Azərbaycan Dövlət Rus Dram Teatrında yaradıcılıq fəaliyyətini dayandırması barədə mətbuatda yayılan bəyanatı Mədəniyyət Nazirliyi və nazirliyin rəhbərliyi üçün çox gözlənilməz olub.
Nazirlik rəsmisi qeyd edib ki, xalq artisti F.Manafov Azərbaycan mədəniyyətinin, incəsənətinin görkəmli simalarından biridir:
"O, 40 ilə yaxın müddətdə kino sahəsində zəngin fəaliyyəti ilə, bir çox filmlərdə yaratdığı obrazlarla tamaşaçıların böyük rəğbətini qazanıb, ölkənin hüdudlarından kənarda da milli kino sənətimizi tanıdıb. Eyni zamanda son illər Dövlət Rus Dram Teatrının səhnəsində geniş tamaşaçı marağına səbəb olan rollar oynayıb. Fəxrəddin Manafov yaradıcı fəaliyyəti ilə həmçinin bir ziyalı, mədəniyyət xadimi kimi cəmiyyətdə hörmət və nüfuza malikdir".
Şöbə müdiri vurğulayıb ki, Mədəniyyət Nazirliyinin rəhbərliyi F.Manafovun mətbuatda yayılan bəyanatı ilə tanış olduqdan sonra dərhal məsələnin araşdırılması ilə bağlı göstəriş verib:
"Fəxrəddin Manafovun səhnə yaradıcılığı üçün zəruri şəraitlə təmin olunması, onun narahat edən məsələlərin aradan qaldırılması və teatrda fəaliyyətini davam etdirməsini təmin etmək barədə Rus Dram Teatrının rəhbərliyinə ciddi tapşırıq verilib. Hazırda teatrın rəhbərliyi bununla bağlı müvafiq iş aparır. Məsələ nazirliyin rəhbərliyinin diqqət və nəzarətindədir".
İ.Hümbətovun sözlərinə görə, bu məsələ tezliklə tanınmış aktyorla teatr rəhbərliyi arasında dialoq və anlaşma şəraitində müsbət həllini tapacaq:
"Azərbaycan sənətsevərləri xalq artisti Fəxrəddin Manafovu teatr səhnəsində yeni-yeni yaradıcılıq layihələrində görəcək və alqışlayacaq".
Xəbəri paylaş
5028 dəfə oxunub.
Digər xəbərlər

26-06-2016, 11:14
Sərkisyan özünü Qarabağ prosesinə hazırlayır
3-12-2021, 00:13
Yüksək rütbəli hərbçilərimizin düşdüyü qəzadan ŞOK VİDEO YAYILDI: Sən demə hadisə...
11-07-2018, 19:24
Məşhur “kedicik” hovuz başında tutuldu - Fotolar
23-06-2021, 10:32
Ünvanlı dövlət sosial yardımlar BU TARİXDƏ ödəniləcək
16-11-2016, 10:04
“Polislər başlarını tutub ağlayırdılar, balaları meyitini sığallayırmış”
17-05-2018, 10:34
İsrail Qəzzanı yenə bombaladı
17-06-2017, 16:42
"Məsuliyyət Ermənistanın üzərindədir" - NAZİRLİK
4-04-2016, 12:44
Xalqın orduyla həmrəyliyi -Qan bankına kütləvi axın - FOTOLAR
4-05-2016, 23:54
Mədəndə faciə: Ölənlər var