Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bayram namazı nə vaxt qılınacaq?
Tarix: 16-07-2015 | Saat: 14:47
Bölmə:Karusel / Gündəm / M2 / İbadət | çapa göndər

Bayram namazı nə vaxt qılınacaq?

Qafqaz Müsəlmanları İdarəsi sədrinin 1-ci müavini namaz vaxtını və yerini açıqladı

"Bu il Ramazan ayının bayram namazı iyulun 18-də qılınacaq.

Bunu Ans press-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədrinin 1-ci müavini, 11-ci müftisi Hacı Salman Musayev deyib.

Onun sözlərinə görə, namaz saat 09:00-da Göy məsciddə, saat 10:00-da isə Təzəpir məscidində qılınacaq.

Xatırladaq ki, Ramazan bayramı iyulun 18-nə təsadüf edir. Bayramla bağlı olaraq bu il 4 gün qeyri-iş günü olacaq.

Hər il Ramazan ayının sonunda fitrə zəkatı verilməlidir. Bu il üçün fitrə zəkatının məbləği 5-10 manat müəyyən edilib.

Zəkatın bayrama kimi ehtiyacı olan şəxslərə çatdırılması məsləhətdir.

Fitrə zəkatı oruc tutan və tutmayan, xəstə və ya sağlam, yaşından asılı olmayaraq hər bir ailə fərdinin adından verilməlidir. Əgər ailədə günbatana qədər uşaq doğulubsa, onun da adından zəkat verilməlidir. Eyni zamanda fitrə zəkatının pulla verilməsi vacib deyil, ərzaqla da verilə bilər.


Xəbəri paylaş

7568 dəfə oxunub.

Digər xəbərlər
10-04-2015, 23:47 Cəhənnəmdən xəbər var

bütün xəbərlər
____ Instagram ___