Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Qalatasaray"ın son şansı, PSJ "Liverpul"a qarşı
Tarix: 28-11-2018 | Saat: 10:45
Bölmə:Karusel / Gündəm / İdman | çapa göndər

"Qalatasaray"ın son şansı, PSJ "Liverpul"a qarşı -<b style="color:red"> Yenilənir</b>

Bu gün Çempionlar Liqasının qrup mərhələsində 5-ci tura yekun vurulacaq.

İkinci oyun günündə də 8 qarşılaşma keçiriləcək.

A qrupunda "Atletiko" "Monako"nu, "Borussiya"sı isə "Brügge"ni qəbul edəcək. 9 xalla ilk sırada yer alan Madrid və Dortmund təmsilçiləri 1 xal qazanacaqları halda belə, növbəti mərhələyə adlayacaqlar.

B qrupunda lider "Barselona" Hollandiyada PSV-nin qonağı olacaq. "Tottenhem" isə doğma azarkeşləri önündə "İnter"i sınağa çəkəcək.

Bizi C qrupunda da maraqlı mübarizə gözləyir. Burada "Napoli" "Srvena Zvezda"nı, PSJ isə "Liverpul"u qəbul edəcək. Qrupda hər bir komandanın pley-offa çıxmaq şansı var.

Gecənin ən maraqla gözlənilən oyunu isə D qrupunda olacaq. Türkiyənin Çempionlar Liqasındakı yeganə təmsilçisi "Qalatasaray" Moskvada "Lokomotiv"lə qarşılaşacaq. İstanbul klubu növbəti mərhələ şanslarını davam etdirmək üçün səfərdə mütləq qələbə qazanmalıdır. Qrupun digər oyununda isə "Portu" və "Şalke" klubları üz-üzə gələcəklər.

Qeyd edək ki, turun digər 8 oyunu dünən keçirilib.


Xəbəri paylaş

4618 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___