Noyabrın 29-da UEFA Avropa Liqasının qrup yarışı çərçivəsində “Qarabağ» futbol klubunun Bakı Olimpiya Stadionunda Portuqaliyanın "Sportinq" klubu ilə keçirəcəyi oyunla əlaqədar olaraq, Bakı metropoliteninin "Koroğlu" stansiyasının iş rejmində bəzi dəyişikliklər ediləcək.
Bu barədə “Bakl Metropoliteni”QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, "Bakı Metropoliteni" QSC-nin mövcud əməliyyat planına uyğun olaraq, stansiya oyunun başlanmasına bir müddət qalmış gücləndirilmiş iş rejimi şəraitinə keçiriləcək.
“Həmin müddətdə sərnişin axınının tənzimlənməsi məqsədilə stansiyaya əlavə canlı qüvvə və texniki vasitələr ayrılacaq. Matçın həmin gün saat 21:55-də başlanması nəzərə alınaraq, "Bakı Metropoliteni" QSC rəhbərliyinin qərarına əsasən, görüşü arenada izləyənlərin metropolitendən təhlükəsiz və rahat istifadə etməsi məqsədilə xüsusi tədbirlər həyata keçiriləcək.
Oyun gecə saat 12 radələrində başa çatacağından, "Koroğlu" stansiyasının iş rejimi, zərurət yaranacağı təqdirdə, bir saata qədər uzadıla bilər. Matç bitəndən sonra "Koroğlu" stansiyasına daxil olan sərnişinlər qatarların hərəkət etdiyi bütün istiqamətlərdə daşınaraq, mənzil başına çatdırılacaqlar”.
Qeyd edək ki, Bakı metropoliteninin iş rejimi səhər saat 6-dan gecə saat 12-yə qədərdir.
Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək
Tarix: 27-11-2018 | Saat: 14:39
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
6658 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 27-11-2018 | Saat: 14:39
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
26-04-2016, 15:24
Sahibkarlar alıcıları da, vergini də aldadır
18-06-2021, 16:16
Kim Kardaşyana bənzəmək üçün 17 milyon xərclədi - FOTOLAR
19-03-2022, 13:01
İsmayıllıya 1 metr qar yağıb, Lahıcda qar uçqunu olub - VİDEO
15-05-2022, 11:50
Hər gün 1 banan yeyən insanın orqanizmində bu möcüzələr baş verir
28-05-2019, 10:47
Ramazanın 23-cü gününün duası
28-11-2022, 11:01
Qanunsuz sərnişin daşıyanlara qarşı reydlər keçirilir
17-04-2019, 17:18
Prezident “ASAN xidmət”in işçilərinin sayını artırdı
4-05-2016, 02:41
“Lap məni sevgili kimi saxlasınlar, ancaq...”
15-04-2015, 13:03
Bakıda qız oğlanı küçənin ortasında əzişdirdi - VİDEO
31-03-2015, 21:28
İŞSİZLƏR ÜÇÜN XOŞ XƏBƏR