Bakı metrosunda təhlükəli anlar - Maşinist iki vaqonun arasına düşdü
Tarix: 21-11-2018 | Saat: 10:48
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
4338 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 21-11-2018 | Saat: 10:48
Bölmə:Karusel / Hadisə | çapa göndər
Noyabrın 19-u səhər saat 7 radələrində "Bakı Metropoliteni"nin Bənövşəyi xəttinin "Memar Əcəmi-2" stansiyasında həyəcanlı anlar yaşanıb.
Həmin saatda növbədə olan maşinist Rəmzi Rüstəmov qatarı "Avtovağzal" istiqamətində hərəkət etdirmək üçün platforma ilə sonuncu vaqona doğru hərəkət edərkən, sərnişin axınına məruz qalıb.
Bu vaxt maşinist iki vaqonun arasına düşüb. Xoşbəxtlikdən sərnişin və metropoliten əməkdaşlarının dərhal verdiyi reaksiya ilə R.Rüstəmov 825 voltluq təmas relsinin üstünə düşməkdən son anda qurtulub. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. İlkin məlumata görə maşinistin qolu qırılıb.
"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında faktı təsdiqləyib:
"Bəli, belə bir hadisə olub. Rəmzi Rüstəmov vaqondan vaqona keçərkən səhlənkarlığa yol verib. Yıxılıb, xoşbəxtlikdən daha ciddi xəsarət almayıb, qolu qırılıb. Bu barədə Əmək Müfəttişliyinə xəbər verilib. Hazırda maşinist bülletendədir. Təbii olaraq, o vəziyyətdə işə çıxa bilməz. Əmək Müfəttişliyi hadisəni araşdırdıqdan sonra yekun qərar veriləcək”.
B.Məmmədov qeyd edib ki, maşinistin kabinanı dəyişmə səbəbi qatarıın "Memar Əcəmi-2 " stansiyasından "Avtovağzal” stansiyasına gedib və qayıtmasıdır:
"Maşinist qatarı "Avtovağzal” stansiyasına sürmək üçün kabinanı tərk edib, digər kabinaya gedərkən belə bir hadisə yaşanıb”.
Xəbəri paylaş
Digər xəbərlər
27-11-2020, 09:36
Almaniyada koronavirusa yoluxanların sayı 1 milyon nəfəri ötdü
25-03-2017, 11:15
Yunker: "Balkan yarımadasında müharibə başlaya bilər"
11-02-2017, 12:57
Qazı olmayan köçkünlərin taleyi necə olacaq? - Rəsmi açıqlama
30-04-2016, 17:20
94 yaşlı nasist ilk dəfə danışdı: “Dəhşət idi”
19-07-2016, 09:28
700 bal toplayan qızın UĞUR HEKAYƏSI
20-11-2018, 10:51
Yəhudi alimlərdən xərçənglə bağlı İNANILMAZ KƏŞF: viski ilə...
14-05-2021, 17:56
Həkimdən iyrənc əməl: gənc qızı əməliyyat zamanı zorladı
11-04-2017, 17:08
Atı müğənniyə 18 min qazandırdı
6-12-2016, 19:31
2-3 aspirini əzin və... – BUNU BİLMƏLİSİNİZ
12-10-2017, 10:30
Arıqladan, xərçəngin, iltihabın qarşısını alan ən təsirli vasitə: TƏBİƏTİN MÖCÜZƏSİ