Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda 97 nəfər dərmandan zəhərləndi
Tarix: 20-11-2018 | Saat: 13:51
Bölmə:Karusel / Hadisə | çapa göndər


Bu ilin əvvəlindən indiyədək 97 nəfər dərmandan zəhərlənmə şikayəti ilə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə müraciət edib.
Bunu trend-ə mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
Onun sözlərinə görə, bu il ərzində 108 nəfər dərmanların qəbulundan sonra yaranan allergik təsirlərlə bağlı mərkəzə müraciət edib.
A.Maqsudov hesab edir ki, zəhərlənmə hallarının baş verməsi ölkədəki dərman preparatlarının keyfiyyətsizliyi ilə bağlı deyil:
"Bu cür hallar həkim məsləhəti olmadan özbaşına, təyinatsız dərman preparatları qəbul etməkdən baş verir. Bu da sonda zəhərlənmə ilə nəticələnir. Bizim xəstələrlə söhbətimizdə də onlar dərmanın dozasını həkimin dediyindən daha artıq qəbul etdiyini söyləyirlər".
A.Maqsudov qeyd edib ki, müraciət edənlər əsasən antibiotiklər və vitaminlərin qəbulu nəticəsində dərmanların əlavə təsirlərinə məruz qalıblar.


Xəbəri paylaş

4108 dəfə oxunub.

Digər xəbərlər
23-05-2016, 13:13 Yəməndə terror: 45 ölü

bütün xəbərlər
____ Instagram ___