Əhali bu il yeyib-içməyə nə qədər pul xərcləyib? – Statistika
Tarix: 14-11-2018 | Saat: 13:50
Bölmə:Karusel / Gündəm / Araşdırma | çapa göndər
Xəbəri paylaş
4528 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 14-11-2018 | Saat: 13:50
Bölmə:Karusel / Gündəm / Araşdırma | çapa göndər
Bu ilin yanvar-oktyabr aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 300,4 manat və ya 2017-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 12,2 manat çox olub.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 150,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 149,8 manatlıq qeyri-ərzaq məhsulları alıb.
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,8 faizi ərzaq məhsullarının, 4,3 faizi içkilər və tütün məmulatlarının, 18,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2 faizi elektrik malları və mebellərin, 5,8 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,4 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Ümumiyyətlə, 2018-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,6 faiz üstələyərək 29,5 milyard manata bərabər olub. Ticarət dövriyyəsinin 14,8 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 14,7 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib. Satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-oktyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 2,1 faiz və 3,2 faiz üstələyib.
Xəbəri paylaş
Digər xəbərlər
26-06-2017, 12:04
15 il, 11 turnir, 10 yarımfinal
19-09-2015, 23:17
Sabiq deputatlardan kimlər seçkiyə gedir, kimlər getmir?..
21-02-2016, 15:28
İzmirdə “Xocalı” parkı salınacaq
26-03-2017, 13:34
Azərbaycanda 21 dərəcə isti olacaq - PROQNOZ
30-06-2015, 20:35
İlham Əliyev Kanadanın General-Qubernatorunu təbrik etdi
16-05-2016, 15:00
Kreml Avroviziya ittihamlarını cavabsız qoydu
31-05-2018, 12:23
Əlikram Bayramov: "Deyirlər ki, xanımından qorxursan"
1-05-2016, 10:57
Obama jurnalistlərlə görüşündə Azərbaycanla bağlı zarafat etdi
3-08-2017, 15:49
Natavanla ərinin ailə üzvləri ilə Bulvar gəzintisi - FOTO
13-10-2015, 15:40
“Tanrıya az şükür eləmək də naşükürlükdü”