Əhalini qıcıqlandıran verilişlər – MTRŞ açıqladı
Tarix: 14-11-2018 | Saat: 11:15
Bölmə:Karusel / Gündəm | çapa göndər

"Yaxın günlərdə televiziya və radiolarla bağlı son 6 ayın geniş hesabatı ictimaiyyətə açıqlanacaq. Hesabatda əsas məsələ radio və televiziyalarda yayımlanan, xüsusilə cəmiyyətdə qınaq obyektinə çevrilən verilişlər və aparıcılarla bağlı da məsələlər öz əksini tapacaq. İctimaiyyətin narazılığına səbəb olan, əhalini qıcıqlandıran verilişlərin adı da hesabatda qeyd olunacaq. Təbii ki, bu məsələləri daim diqqətdə saxlayırıq”.
Xəbəraz.Az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
N. Məhərrəmli bildirib ki, radio və televiziyalarda aşkarlanan nöqsanlarla bağlı irad hər zaman olub.
“Dil normalarına riayət edilməsi bizim üçün çox vacibdir. Zaman-zaman ədəbi dil qaydalarının pozulması barədə iradlarımızı bildiririk. Deyərdim ki, bu məsələ hər birimiz üçün aktualdır. Hesab edirəm ki, yaxın vaxtlarda bu sahədə müəyyən dəyişikliklər olacaq. Bu adi məsələ deyil, bunlar kompleks həll olunmalıdır”.
Qeyd edək ki, son zamanlar televiziya kanallarında yayımlanan bəzi verilişlər və aparıcılarla bağlı ictimaiyyətdə narazılıqlar səngimir.
2618 dəfə oxunub.
Digər xəbərlər

28-10-2018, 11:01
Azərbaycanda yeni qanun layihəsi: Bundan sonra işçilər...
8-06-2016, 04:42
Ermənistanın yüksək rütbəli məmuru rüşvətə görə istefaya göndərildi
31-07-2015, 00:18
“Qəbələ” Kiprdən heç-heçə ilə qayıdır
27-09-2019, 15:48
"Onun anasını yox, bacısını söymüşəm" - 13 il sonra açıqladı (VİDEO)
30-10-2016, 11:02
Səsi ilə stəkan qıran azərbaycanlı qız "O ses Türkiye" münsiflərini mat qoydu (VİDEO)
25-08-2015, 01:38
“Yeni doğulmuş körpə üçün hansı dini ayinləri yerinə yetirmək lazımdır?”
19-08-2015, 01:28
İsmayıllıda yanğın hadisəsi qeydə alınıb.
20-04-2015, 12:52
İŞİD - 30 efiop xristianın öldürülməsiylə bağlı video yayıb-VİDEO
30-10-2017, 09:15
Whatsapp-ı internetsiz necə işlətmək olar?