Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Üzünü açan qızı döyüb öldürdülər
Tarix: 15-07-2015 | Saat: 10:31
Bölmə:Karusel / Hadisə / Dünya / M2 | çapa göndər

Üzünü açan qızı döyüb öldürdülər
İŞİD teror qruplaşmasının qadın üzvləri Mosulda üzünü azacıq açan gənc qızı ölümcül döyüblər.

Xeberaz.az “anspress.com”-a istinadən məlumatına görə, geyim mağazasında mala baxmaq üçün üzünü azacıq açması qıza baha başa gəlib. Həmin zaman mağazada olan İŞİD-in "qadın gestaposu"nun üzvləri qızı ağır cəzalandırıb.

Əsasən qadınlardan ibarət bu qrup qadınlara işgəncə verməsiylə ad qazanıb. Mosulda at oynadan bu cəza dəstəsi qarşısına keçəni "şəriət qanunları" ilə cəzalandırması ilə ad qazanıb.

Mosul sakinlərinin sözlərinə görə, qız həmçinin yerli "dress-kod" stilində geymədiyinə görə cəzalanıb. İŞİD teror qruplaşmasının yerli əhali üçün qoyduğu qanuna görə, ərli qadınlar qara, subaylar ağ, boşanmış qadınlar mavi və dul qadınlar üçün yaşıl rəngli geyimlər nəzərdə tutulub. Möhkəm döyülən qız hadisə yerində ölüb.


Xəbəri paylaş

7028 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___