Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Müğənnilər pulu rüşvətlə, oğurluqla qazanmır" - MTRŞ-a cavab
Tarix: 06-11-2018 | Saat: 17:45
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər


Bu gün Milli Televiziya və Radio Şurası sədrinin müavini Qafar Cəbiyevin "Xalq qəzeti"ndəki yazısı müzakirə yaradıb.



Belə ki, Cəbiyev fikirlərində müğənnilərin dəbdəbəli həyatını qınayıb, onları üzdəniraq adlandıraraq, mənbəyi məlum olmayan pullar hesabına qurduğu həyatı başqaları üçün örnək hesab etmədiyini deyib.

Xeberaz.az xəbər veri ki, oxu.az məsələ ilə bağlı müğənnilərin fikrini öyrənib.

Müğənni Nura Suri söyləyib ki, insanlar danışmağa söz tapmayanda onları daşlamağa başlayır:

"Bu yazını yaşlı və savadlı bir insan ərsəyə gətirib. İnsanlar danışanda sözləri və fikirləri iç dünyasından, düşüncə tərzindən xəbər verir. Bu insanın dediklərindən dünya görüşünü müəyyən etmək çətin deyil. İnsanların peşəsi onların şəxsiyyətini müəyyənləşdirmir. Ümumi müğənnilər haqda belə bir fikir demək doğru deyil, başqalarının pulunu saymaq isə çox ayıbdır.

İnsanların etdikləri yaxşılıqları deyil, səhvləri göstərmək də yaxşı hal deyil. Həmin o pullarını saydığınız müğənnilər pulu rüşvət yolu və ya oğurluqla qazanmayıblar. "Əyri yollar" hansı yollardır? Qazandıqları pullarla xeyriyyə işi görən müğənnilərin sayı-hesabı yoxdur. Müğənnilər ifa etdikləri mahnılarla insanlara heç bir ziyan vurmurlar.

Əksinə, onların xoş günlərini bəzəyirlər. Efirdə bəzi aparıcıların etdiyi tərbiyəsizliyi müğənnilərin dəbdəbəli həyatı ilə ört-basdır etmək olmaz. Hamının sözü bitəndə, danışmağa söz tapmayanda müğənnilərdən danışmağa, onları daşlamağa başlayır".

Tanınmış aparıcı və müğənni Murad Arif isə müğənnilərin mal-dövləti haqda rəy söyləyə biləcək qurumun MTRŞ olmadığını bildirib:

"Hesab edirəm ki, mətbuata belə güclü və yüksək səslənən açıqlamaları etmək bir az təhlükəlidir. Belə şeyləri araşdıran, rəy söyləyə biləcək qurum Vergilər Nazirliyidir. Əgər bir müğənni üç milyon dollarlıq villasını reklam edirsə, o, üç milyon dollara görə nə qədər vergi verib. Belə şeyləri araşdırıb, qəti çıxarış əldə etdikdən sonra ictimaiyyətə ümumi şou əhli barəsində bu tipli açıqlamalar etmək olar.

Çünki kim təyin edə bilər ki, hansı biri o pulu halal yolla, hansı biri üçün pul göydən düşür. Bunu hansı cihazla təyin edirlər? Dəbdəbə anlayışı o qədər nisbidir ki, kiməsə görə bu, "Prado", kiməsə görə isə "Bentley" sürməkdir. Bu çox hörmətli müəllim, dəbdəbə dedikdə hansı kriteriyalardan çıxış edir?

Bütün dünyada qanuni dəbdəbəli həyat kimdə varsa, qapılarını açıq elan edir və göstərir. Nəyinsə inkarı onun mövcud olmadığını göstərmir. Problem onda deyil".


Xəbəri paylaş

4018 dəfə oxunub.

Digər xəbərlər
18-04-2018, 15:35 Temperaturu yüksələcək

bütün xəbərlər
____ Instagram ___