Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mədət Quliyev Cabir İmanova DTX-da vəzifə verdi
Tarix: 05-11-2018 | Saat: 16:10
Bölmə:Karusel / Gündəm | çapa göndər

 
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzinə yeni direktor təyin edilib.
 
Xəbəraz.Az unikal.org-a istinadən məlumat verir ki, mərkəzin baş direktor vəzifəsinə əməkdar artist Cabir İmanov təyin olunub.
 
Mədəniyyət Mərkəzindən xəbəri təsdiqləyiblər.
 
Qeyd edək ki, Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983-1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib. 1999-cu ildə Bakı Dövlət Universitetinə qəbul olub və 2003-cü ildə həmin universiteti bitirib. İxtisasları: İqtisadçı, hüquqşünas.
 
1992-2001-ci illərdə “Parni iz Baku" KVN komandasının üzvü olub 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay Kubokunun sahibi və 2000-ci il KVN “Əsrin Çempionu” olub.
 
2001-ci ildən “Planet Parni iz Baku” KVN Teatrının aktyorudur. 14 sentyabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.
 
Ailəlidir, üç övladı var.


Xəbəri paylaş

7868 dəfə oxunub.

Digər xəbərlər
30-07-2017, 09:57 Cəbhədən xəbər var
28-05-2016, 21:25 NATO Suriyaya girəcəkmi?

bütün xəbərlər
____ Instagram ___