Məktəbi vaxtından əvvəl bitirmək istəyənlərin NƏZƏRİNƏ
Tarix: 01-11-2018 | Saat: 14:46
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər
Xəbəri paylaş
6878 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 01-11-2018 | Saat: 14:46
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər
Azərbaycanda şagirdlərin ümumi təhsil üzrə təhsil səviyyələrini vaxtından əvvəl bitirmələri üçün müraciətlərin qəbuluna başlanılıb.
Orta məktəbi vaxtından əvvəl bitirmə ibtidai təhsildə III, ümumi orta təhsildə VIII, tam orta təhsildə X sinif şagirdlərinə şamil olunur.
Fiziki sağlamlıq və psixoloji dayanıqlıq, qeyri-standart düşünmə, tədris materiallarını asan və şüurlu mənimsəmə, yaş səviyyəsinə uyğun İKT bacarıqlarına yiyələnmə, xarici dili sərbəst öyrənmə və aydın, rabitəli nitq və çevik təfəkkür şagirdin hər hansı təhsil səviyyəsini vaxtından əvvəl bitirməsinə əsas verən başlıca keyfiyyətlər sayılır.
Bunun üçün hər il noyabr ayından gec olmayaraq müəllimlər və məktəb psixoloqu təhsil ocağının direktoruna əsaslandırılmış birgə təqdimat ünvanlamalıdırlar. Məsələ valideynin iştirakı ilə məktəbin Pedaqoji Şurasında müzakirə olunub müvafiq qərar qəbul edilir.
Yerli təhsili idarəetmə orqanı həmin təqdimatla əlaqədar komissiya təşkil edir. Komissiyanın rəyi müsbət olduğu halda məktub Təhsil Nazirliyinə göndərilir.
Təhsil Nazirliyinin yekun rəyi əsasında şagirdin ikinci yarımildə məktəbə gəlməməsi və növbəti sinifdə təhsilini davam etdirməsinə razılıq verilməsi barədə məktəbin rəhbərliyi yazılı məlumatlandırılır. Məsələ məktəb direktorunun əmri ilə rəsmiləşdirilir.
Ümumi orta və tam orta təhsil səviyyələrini vaxtından əvvəl bitirən şagirdlərin VIII və X sinif üzrə illik qiymətləri onların birinci yarımildə aldıqları qiymətlər hesab olunur.
(report)
Xəbəri paylaş
Digər xəbərlər
10-06-2023, 11:45
Paltaryuyan maşın mətbəxdə olmamalıdır – MARAQLI SƏBƏB
26-11-2015, 15:31
« Göz yaşın isladır xoşbəxtliyimi »
15-06-2016, 21:49
Gənc oğlan suda boğuldu - Şabranda
26-08-2016, 22:21
Cahangir Hacıyevin 250 milyonluq iddiasının sirri açılır
21-06-2015, 18:29
Paralel dünya haqqında faktlar
5-06-2016, 16:28
Min əsgər qeyri-döyüş şəraitində ölüb”
16-11-2016, 17:40
Tramp Bakıya gəlir – Tarix açıqlandı
6-02-2017, 17:11
“Həyatımda incəsənətdən elə şəxslər olub ki,..” - Müsahibə
16-04-2015, 00:20
Milli Məclisin xanım əməkdaşı vəfat etdi
12-06-2018, 21:26
Anar Məmmədxanovun qızı ailə qurur - TOY TARİXİ AÇIQLANDI