Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda ingilis dilini çox pis bilirlər - HESABAT
Tarix: 01-11-2018 | Saat: 14:12
Bölmə:Karusel / Maraqlı | çapa göndər

 
Azərbaycan ingilis dilinə bələd olma səviyyəsinə görə dünya ölkələrinin sıralandığı reytinqdə 77-ci yeri tutub.
İsveçrənin məşhur "EF Education First" şirkəti 8 ildən bəri hər il ingilis dilinə bələd olma səviyyəsinə görə ölkələrin reytinqini hazırlayır. Builki reytinqdə 88 ölkə və region var.
İl başlayandan bəri həmin ölkələrdə şirkətin əməkdaşlarının keçirdikləri testlərdə ingilis dilinin daşıyıcıları olmayan 1,3 milyon nəfər iştirak edib.
Azərbaycanda keçirilmiş testlərin nəticələrinə görə ölkəmizə 45,85 bal verilib. Kişilər arasında orta göstərici 43, 65 bal, qadınlar arasında 46,59 olub.
Hesabat müəllifləri Azərbaycanda ingilis dilinə bələd olma səviyyəsini "çox aşağı" dəyərləndiriblər.
EF ekspertlərinin yazdığına görə, belə səviyyə insana özü barədə məlumat verməyə, sadə simvolları anlamağa, habelə əcnəbi turistə primitiv məsləhətlər verməyə ancaq kifayət edir.
Reytinqə İsveç liderlik edir. İlk onluqda sonrakı yerlərdə Hollandiya, Sinqapur, Norveç, Danimarka, Cənubi Afrika Respublikası, Lüksemburq, Finlandiya, Sloveniya və Almaniya var.
İngilis dilini ən pis bilənlər Özbəkistan, İraq və Liviyada yaşayırlar.
"EF Education First"in reytinqində Belarus - 38-ci, Rusiya - 42-ci, Ukrayna - 43-cü, Gürcüstan 45-ci, Türkiyə - 73-cü , Qazaxıstan - 80-ci yeri tutublar.
(milli.az)


Xəbəri paylaş

4518 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___