Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu nömrədən gələn zəngləri açmaq təhlükəlidir
Tarix: 30-10-2018 | Saat: 10:36
Bölmə:Karusel / Texnologiya | çapa göndər


Yəqin ki, bəziləriniz səhər telefonunuzu açanda sizə yad olan, xarici ölkələrə aid nömrələrdən zəng gəldiyinin şahidi olumusunuz. Diqqətinizi cəlb edən nömrələrə təkrar zəng edərək maraqlandıqda isə artıq tələyə düşmüş olursunuz.

Belə ki, ya balansızından pul silinir ya da operator nömrənin təyin olunmadığını bildirir.

Xeberaz.az ARB TV-yə istinadən xəbər verir ki, mobil telefona xarici ölkə nömrələri ilə zənglərin daxil olması adətən aktiv internet istifadəçilərində müşahidə olunur.

Çünki belə şəxslər müxtəlif saytlarda qeydiyyatdan keçir. Bəzi şirkətlər saytlarda qeydiyyatdan keçənlərə öz məhsullarını satmaq məqsədi ilə zənglər edir.

"Saytdan qeydiyyatdan keçdim. 1 həftə içində müxtəlif ölkə nömrəsi ilə mənə çoxlu zəng gəldi. Adama da maraqlı gəlir ki, xaricdən zəng gəlir. Sonra görürsən ki, eyni adamdı sadəcə sayta maraq çəkir”.

Bundan başqa müxtəlif ölkələrdə işbazlıqla məşğul olan şəbəkələr də mövcuddur. Onlar xüsusi qruplar halında fəaliyyət göstərərək müxtəlif ölkələrin vətəndaşlarına qısa zənglər edir, sonra onlar öz fırıldaqçı planlarını həyata keçirmiş olurlar.

Məsələ ilə bağlı mobil operatorlardan biri ilə əlaqə saxladıq. Qarşı tərəf belə zənglərin gəlməsi ilə bağlı müraciətlərin olduğunu bildirdi. Narahatedici zənglər gələrkən vətəndaş nömrəni qeyd etməli və mobil operatorlara zəng edilərək prosesin araşdırılmasını tələb etməlidir.

Mobil operatorlar tərəfindən xarici ölkələrdən gələn zənglərin qadağan edilməsi mümkün deyil. Bu səbəbdən istifadəçi diqqətli olmalı və belə zənglərə əhəmiyyət verməməlidir.


Xəbəri paylaş

5168 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___