Azərbaycanda yeni qanun layihəsi: Bundan sonra işçilər...
Tarix: 28-10-2018 | Saat: 11:01
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Xəbəri paylaş
5888 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 28-10-2018 | Saat: 11:01
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Azərbaycanda Əmək Məcəlləsi ilə müəyyən edilmiş peşə fəaliyyəti yüksək təhlükə ilə bağlı olan şəxslər vaxtaşırı psixoloji müayinədən keçəcəklər.
Xeberaz.az xəbər verir ki, bu məsələ yeni hazırlanan "Psixoloji yardım haqqında" qanun layihəsinə daxil edilib.
Layihəyə əsasən, Əmək Məcəlləsi ilə müəyyən edilmiş peşə fəaliyyəti yüksək təhlükə ilə bağlı olan şəxslər ödənişsiz, yəni işəgötürənin vəsaiti hesabına vaxtaşırı psixoloji müayinədən keçməli, zərurət olduqda psixoloji yardımla təmin edilməlidirlər.
Ödənişsiz əsaslarla psixoloji tibbi yardım almaq hüququna həm də məktəbəqədər və orta təhsil müəssisələrində təhsil alanlar, tutulmuş və həbs edilmiş, cəza çəkməkdən azad edilmiş şəxslər, Silahlı Qüvvələrdə xidmət keçən hərbi qulluqçular, sosial xidmətə cəlb olunmuş şəxslər, fövqəladə hallar zamanı zərər çəkənlər və onların nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslər, tibbi-sosial reabilitasiya zamanı əlilliyi olan şəxslər və onların ailə üzvləri malik olacaqlar.
Şəxs yaşayış yeri üzrə dövlət ambulator-poliklinika müəssisəsində və həmin müəssisənin göndərişi ilə ixtisaslaşdırılmış dövlət tibb müəssisəsində ödənişsiz psixoloji yardım ala bilər.
Qanun layihəsinə görə, yuxarıda qeyd edilən şəxslər, yəniödənişsiz psixolji yardım almaq hüququna malik olan şəxslər istisna olmaqla, psixoloji yardım alan digər şəxsin arzusu ilə ona bu yardım anonim də göstərilə bilər.
Qeyd edək ki, "Psixoloji yardım haqqında" qanun layihəsi Milli Məclisin oktyabrın 30-da keçiriləcək plenar sessiyasında birinci oxunuş üçün müzakirəyə çıxarılacaq.
Xəbəri paylaş
Digər xəbərlər
3-07-2015, 16:06
İŞİD terrorçuların dəhşətli görüntüləri (FOTO +18)
18-03-2015, 14:06
“Miss Azerbaijan-2015”in seçimi davam edir: İlk pillədə slavyan mənşəli gözəl qərarlaşıb – FOTO
18-01-2019, 17:32
20 Yanvar günü Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılacaq
2-05-2022, 14:01
DYP bu sürücülərə xəbərdarlıq etdi: Cərimə olunacaqsınız - VİDEO
26-04-2017, 12:38
"Həyat yoldaşım, sevgilim mənə qadağa qoya bilməz" - VİDEO
29-09-2015, 11:04
Orta yaş həddi 67, pensiya yaşı 65... - Azərbaycanda
13-04-2015, 18:49
İŞİD terrorçusunun idarə etdiyi avtomobil belə partladı - REAL GÖRÜNTÜ
27-06-2017, 19:44
Azərbaycanda ən gözəl məhbusun həyat hekayəsi... - 11 il cəza... / VİDEO
4-03-2017, 12:47
Bazar günü hava necə olacaq?
19-12-2015, 12:32
Ermənilər Çıraqlı kəndini atəşə tutublar - REAL GÖRÜNTÜ