Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu dəfə 60 ağac aşdı, arasında qiymətli ağaclar da var...
Tarix: 26-10-2018 | Saat: 13:54
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bu dəfə 60 ağac aşdı, arasında qiymətli ağaclar da var...

Ötən gündən başlayaraq paytaxtda əsən güclü külək nəticəsində aşan ağacların sayı artıb.


Xeberaz.az xəbər verir ki, bu barədə özəl olaraq Trend-ə Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib.

O, bildirib ki, vəziyyət çox acınacaqlıdır:

"Dünəndən bu günə kimi şəhərin müxtəlif yerlərindən istər vətəndaşlar, istərsə də qurumlar tərəfindən 60-a yaxın ağac aşması barədə məlumat daxil olub. Müraciətlər ən çox Yasamal, Səbail, Nəsimi və Xətai rayonlarındandır. Xoşbəxtlikdən aşan ağaclar ətrafda olan insanlara, yaşayış obyektlərinə və avtomobillərə ziyan vurmayıb".

Şöbə rəisi qeyd edib ki, aşan ağaclar arasında qorunub saxlanılan ağaclar da var: "Mütəmadi qulluq edilən, ekoloji tarazlığı tənzimləyən və dekorativ 6 ağac aşıb. Onlar Eldar şamı, sərv və göyrüş ağaclarıdır".


Xəbəri paylaş

3888 dəfə oxunub.

Digər xəbərlər
28-12-2017, 13:10 Prezident sərəncam verdi

bütün xəbərlər
____ Instagram ___