Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda keçmiş polisi namaz qılarkən arvadı bıçaqladı? - ŞOK İDDİA
Tarix: 26-10-2018 | Saat: 11:40
Bölmə:Karusel / Hadisə | çapa göndər

Azərbaycanda keçmiş polisi namaz qılarkən arvadı bıçaqladı? - ŞOK İDDİA

"Xəzər" telekanalında Xoşqədəm Hidayətqızının aparıcılığıyla yayımlanan "Səni axtarıram" verilişində keçmiş polis əməkdaşı Fuad Qazax oğlu Həsənovun axtarışı zamanı maraqlı detallar ortaya çıxıb.

Xeberaz.az xəbər verir ki, F.Həsənovun atası Qazax Həsənov keçmiş gəlini Sultan Həsənovanı oğlunun itkin düşməsində təqsirli bilib. Qayınata iddia edib ki, S.Həsənova oğluyla evli olarkən onu bıçaqlayıb:

"Oğlum dedi ki, ata, mən namaz qılanda Sultan bıçağı böyrümə soxdu. Amma bıçaq yarasının yerini mənə göstərmədi".

S.Həsənova keçmiş qayınatasının iddialarını qəbul etməyib:

"İyirmi altı il namusumla övladlarımı böyütmüşəm. Fuad iyirmi il polisdə işləyib. Səhər çıxırdı, gecə 12-də evə gəlirdi. Evin işlərini, övladlarımızın problemlərini mən həll etmişəm. Hətta üç il qayınatamın 125 yaşlı anasına da qulluq etmişəm. Allah mənə qarşı edilən haqsızlığı götürməsin".

Qeyd edək ki, əslən Kəlbəcər rayonundan olan F.Həsənov təxminən bir ay əvvəl evdən çıxıb. O, bir müddət öncə Gəncə şəhərində yaşca özündən xeyli kiçik olan qadınla nikaha daxil olub. Verilişin sonunda naməlum şəxs studiyaya zəng vuraraq F.Həsənovun indiki həyat yoldaşının onun yerini bildiyini söyləyib.


Xəbəri paylaş

3968 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___