Bakıda qatarla avtobus toqquşması zamanı xəsarət alanlardan daha 1 nəfər öldü
Tarix: 25-10-2018 | Saat: 12:02
Bölmə:Karusel / Gündəm | çapa göndər
Oktyabrın 1-də Bakının Xəzər rayonu, Binə qəsəbəsindəki dəmir yolu xəttində qatarla sərnişin avtobusunun toqquşması nəticəsində xəsarət alanlardan 1 nəfəri dünyasını dəyişib.
Modern.az-ın xəbərinə görə, bu barədə Trend-ə 3 saylı Şəhər Kliniki Xəstəxanasından məlumat verilib.
Məlumatda bildirilib ki, hadisə nəticəsində xəsarət alan Əzimov Məmməd Sabir oğlunun müalicəsi nəticə verməyib və o dünyasını dəyişib:
"Xəstə qapalı-kəllə beyin travması və bədənin müxtəlif dərəcəli xəsarətləri ilə xəstəxanaya gətirilərək əməliyyat olunmuşdu. Əməliyyat zamanı xəstənin dalağı da çıxarılmışdı və həmin vaxtdan reanimasiya şöbəsində saxlanılırdı. Bir neçə gün öncə xəstənin vəziyyəti pisləşdiyi üçün o "City Hospital"a köçürülsə də, həyatını xilas etmək mümkün olmayıb. Məmməd Əzimov orada dünyasını dəyişib".
Qeyd edək ki, oktyabrın 1-də təxminən 14.35 radələrində 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən "10-TG-106" dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub. Qəza həmin ərazidəki qorunan dəmiryolu keçidində baş verib.
Hadisə nəticəsində 2 nəfər dünyasını dəyişmiş, 40 nəfər isə xəstəxanalara yerləşdirilmişdi. Xəsarət alanlardan 5-i azyaşlıdır.
Xəbəri paylaş
4478 dəfə oxunub.
Digər xəbərlər

17-07-2019, 15:53
Zakir Fərəcovun qardaşını Türkiyədə aldadıblar – Ərdoğana müraciət edib
4-07-2015, 21:58
İŞİD terrorçuları şəhər metrosunda - VİDEO
3-10-2019, 14:01
Bərdədən Bakıya yararsız ət gətirmək istədi - FOTOLAR
3-02-2018, 10:46
Himn oxunarkən sağ əl ürəyin üstünə qoyulmalıdır - Yeni SƏNƏD
29-06-2015, 23:13
Rusiya Ermənistana 200 milyonu niyə ayırdı? (VİDEO)
16-07-2017, 11:25
Azərbaycanda dizel də bahalaşacaq? - RƏSMİ AÇIQLAMA
17-10-2018, 10:31
Müğənni Afaq tamam soyundu - FOTO
31-08-2017, 15:16
REYTİNQ BÖHRANI
22-04-2017, 19:11
Müğənnilərimizin TƏHSİLİ - hüquqşünas, müəllim, tibb bacısı...