Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Arvadını öldürən şəxs: Ailəmi, uşaqlarımı namusuma qurban verərəm
Tarix: 23-10-2018 | Saat: 14:42
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər

 
Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Vüqar Quliyev çıxış edib.
O, təqsirləndirilən şəxsin cinayət əməlinin məhkəmə istintaqı zamanı tam sübuta yetirildiyini deyib.
Prokuror R.Feyziyevin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Sonra R.Feyziyevin vəkili Nurəddin Kantayev çıxış edib. O deyib ki, hüquqlarını müdafiə etdiyi şəxsin həyat yoldaşını öldürmək niyyəti olmayıb:
“Eyni zamanda, hesab edirəm ki, qətl hadisəsində xüsusi amansızlıqdan və ya qəsdən həyatdan məhrum etmədən söhbət gedə bilməz. O, könüllü olaraq polisə təslim olub, yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Bu baxımdan, Rəfail Feyziyevin əməli Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə tövsif olunmalıdır və bu maddənin sanksiyası çərçivəsində ona cəza verilməlidir”.
R.Feyziyev isə son sözündə əməlindən peşman olduğunu, lakin həyat yoldaşını namus üstündə öldürdüyünü deyib:
“Başımı həmişə dik tutacam. Bütün ailəmi, uşaqlarımı namusuma, qeyrətimə qurban verərəm”.
Sonra hökm oxunub. Hökmə əsasən, R.Feyziyev 15 il müddətinə azadlıqdan məhrum edilib.  
Qeyd edək ki, Sumqayıtda, 9-cu mikrorayonda qohumlarının evində müvəqqəti yaşayan Beyləqan rayon sakinləri – 1972-ci il təvəllüdlü Rəfail Feyziyev qısqanclıq zəminində həyat yoldaşı, 1981-ci il təvəllüdlü R.Feyziyevanı bıçaqlayaraq öldürüb.
R.Feyziyev saxlanılıb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Xəbəri paylaş

5668 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___