Bakıda avtobus 20 yaşlı qızı vurub öldürdü-Sürücü narkoman imiş
Tarix: 23-10-2018 | Saat: 11:50
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
6658 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 23-10-2018 | Saat: 11:50
Bölmə:Karusel / Hadisə | çapa göndər
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu avtobusun piyadanı vurub öldürməsi hadisəsi barədə rəsmi məlumat yayıb.
Xeberaz.aza daxil olan məlumatda bildirilib ki, oktyabrın 19-da saat 11:30 radələrində paytaxtın Sabunçu rayonu ərazisində Zaur Quliyevin 131 saylı marşrut xətti üzrə idarə etdiyi "General Avtocompany” MMC-yə məxsus "Daewoo BS 090” markalı 90-TH-257 dövlət qeydiyyat nişanlı avtobusu yolun sağ tərəfində saxlayıb sərnişin düşürdükdən sonra avtobusu arxaya doğru hərəkət etdirərkən piyada keçidində yolu keçmək istəyən 1998-ci il təvəllüdlü Aysel Məmmədovanı vurub üzərindən keçərək ölümünə səbəb olmasına şübhələr üçün əsaslar müəyyən edilib.
Fakta görə Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq zəruri ekspertizalar təyin edilib, şahidlər dindirilib.
Z.Quliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq zamanı avtobusun sürücüsünün narkotik vasitələrdən istifadə etməsi müəyyən edildiyindən sürücünün sərnişin daşıma ilə məşğul olmasına şərait yaratmış "General Avtocompany” MMC-nin vəzifəli şəxsləri barəsində Bakı şəhər prokurorluğunun İstintaq İdarəsində araşdırmalara başlanılıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Xəbəri paylaş
Digər xəbərlər
24-01-2018, 11:38
“Heç bilmirəm anası çox dərd çəkir, yoxsa mən?!” - “Aprel şəhidi”, polkovnik Vüqar Yusifovun XANIMI
10-11-2016, 12:00
Hərbi senzura KİV-ə necə tətbiq olunacaq - Qanun
16-10-2017, 13:46
Bakıya yağış, bölgələrə qar yağacaq - Sabahın HAVAsı
13-02-2016, 11:17
BMT-nin 6 sülhməramlısı öldürüldü
23-07-2020, 15:00
Düşmənin Dondar Quşçuya atdığı top mərmisi əkin sahəsinə düşdü
4-05-2016, 18:25
Kəşfiyyatçımız: “Yaşamağa dəyərmiş” - Foto
22-03-2017, 00:19
Klinton mumiyanın lənətinə düçar olub - Şok iddia
18-01-2023, 15:09
Lənkərandan sanki tanklar keçib...Yerli rəhbərlik və AAYDA yolları Suriyaya döndərib
24-01-2016, 14:16
Ağstafada baş həkim meydan sulayır - İTTİHAM VAR
5-05-2016, 10:48
Avropa Liqasında yarımfinal həyəcanı