Şənbə günü hava necə olacaq?
Tarix: 19-10-2018 | Saat: 13:51
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
5148 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 19-10-2018 | Saat: 13:51
Bölmə:Karusel / Gündəm | çapa göndər
Oktyabrın 20-nə gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə çiskin olacaq. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 20-25, Bakıda gecə 15-17, gündüz 22-24 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz olacaq
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı, ayrı-ayrı şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 11-16, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 15-19 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 20-də Abşeron yarımadasında arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Xəbəri paylaş
Digər xəbərlər
24-07-2016, 12:56
Bu da Günay İbrahimlinin sevgilisi - foto
24-05-2016, 14:44
Donbası yenidən alov bürüdü: 7 əsgər öldürüldü
9-04-2022, 10:49
Müharibə nə vaxt bitir, qalib kim olacaq? - Zirəddindən PROQNOZ
20-08-2017, 11:51
Sabahın havası-36 dərəcə isti
12-08-2021, 11:23
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ 241 MİNLİK NÖVBƏTİ MAXİNASİYA
2-10-2016, 14:22
Krediti gecikdirən daha kredit ala bilməyəcək - VİDEO
24-11-2016, 11:34
“Şahdağ” istirahət mərkəzi özəlləşdirilir - YENİ DALĞA
16-05-2021, 00:15
ŞAD XƏBƏR - Buna hamı sevinəcək, pulsuz olacaq...- RƏSMİ