Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Saatlıda qətl: Çoban dostunu öldürüb, ferma sahibini isə yaraladı
Tarix: 18-10-2018 | Saat: 12:09
Bölmə:Karusel / Hadisə | çapa göndər

Saatlıda qətl: Çoban dostunu öldürüb, ferma sahibini isə yaraladı

Saatlıda dəhşətli cinayətin üstü açılıb.



Xeberaz.az xəbər verir ki, Saatlı rayonunun Qarayev kəndində yerləşən fermanın sahibi, Goranboy rayon sakini Sərxan Elxan oğlu Mirzəyev əslən Hacıqabul rayonundan olan, fermanın 25 yaşlı çobanı (adı dəqiqləşdirilir) tərəfindən mübahisə zəminində ov tüfəngindən açılan atəşlə yuxarı ətraf nahiyəsindən xəsarət alıb.

Törətdiyi cinayətə görə saxlanılaraq hüquq-mühafizə orqanlarında dindirilən zaman çoban 4 gün əvvəl Hacıqabul sakini olan 27 yaşlı çoban yoldaşını da qətlə yetirdiyini deyib.

Onun etirafına görə, aralarında yaranmış mübahisə zəminində çoban yoldaşının sinəsinə ov tüfəngi ilə 2 dəfə atəş açaraq, öldüyünə əmin olduqdan sonra cəsədi yaxınlıqdan keçən şor su kollektoruna atıb. Hazırda hadisə yerinə gələn FHN-in dalğıcları tərəfindən cəsəd sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı Saatlı rayon prokurorluğunda cinayət işinə başlanıb.



3528 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___